Hər bir maliyyə bazarında olduğu kimi FOREX bazarında da risk amili mövcuddur. Kredit çiyni dəstəyi vasitəsilə yüksək gəlir əldə etmək imkanı əlbəttə ki, FOREX-in ən cəlbedici üstünlüyüdür. Bu sahədə risk ancaq vəsaitlərin düzgün idarə edilmədiyi zaman əmələ gələ bilər. Bir bazar iştirakçısı kimi maliyyə bazarı haqqında nə qədər dərin biliklərə sahib olsanız, iqtisadi məlumatlara hisslərinizlə deyil məntiqinizlə analiz edib əməliyyatlar icra etsəniz, riskinizi bir o qədər minimuma endirmiş olarsınız. Qısası, FOREX bazarında risk səviyyəsi, bazar iştirakçısının bilik səviyyəsinə və təcrübəsi ilə tərs mütənasibdir.
