GİRİŞ

+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
Yeni Best InvestOR müsabiqəsi №28

Konkurs haqqında ətraflı məlumat
Yeni Best InvestOR müsabiqəsi №26
Konkurs Yeni Best InvestOR müsabiqəsi №26
Kredit Çiyni 1:50
İlkin Depozit $ 3000
Başlanma Tarixi 15-12-2025 00:00:00
Bitmə Tarixi 09-01-2026 23:59:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
50
İŞTİRAKÇI SAYI
2 669
ƏMƏLİYYAT SAYI
752
ÜMUMİ LOT SAYI
62.6 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
5%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 62%
SELL 38%
Şəhərlər üzrə
Bakı: 82%
Ağdaş: 8%
Göyçay: 5%
Şəki: 2%

Bu konkursun iştirakçıları

Rashad Qurbanov InvestScore: 5.00
Faiz
350 %
Gəlir
$ 13 519.15
Tutduğu yer
I
Müsahibəni oxu
1. Rəşad bəy, ilk öncə Yeni Best InvestOR müsabiqəsi № 26 Yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

İlk öncə təşəkkür edirəm. 1-ci yeri tutmaq həqiqətən möhtəşəm bir hissdir. Ümumiyyətlə, treydinq sahəsində əldə olunan hər hansı bir uğurun digər uğurlardan daha üstün olduğunu düşünürəm.
2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?

Rəşad Qurbanov, 29 yaşım var . Ali təhsilliyəm, Azərbaycan Kooperasiya Universitetininin bakalavr məzunuyam . Hal hazırda İnformasiya Texnologiyaları sahəsindəyə.

3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?

Forex-lə ilk tanışlığım 2017-ci ildən başlayıb. Bu sahəyə marağım təbii olaraq ilk növbədə böyük pullar qazanmaq istəyi ilə bağlı olub. Lakin sonradan anladım ki, əvvəlcə təcrübə qazanmaq, daha sonra isə həmin təcrübəni pula çevirmək barədə düşünmək lazımdır.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Bəli, bu artıq 19-cu iştirakım oldu. Maksimal nəticələrim $6,290.92 və $6,530.49 olub.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

Ticarət strategiyası tam olaraq özüm tərtib etmişəm. Elliot dalğalarının daha təkmilləşdirilmiş və müasir bazara uyğun bir versiyasıdır

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Ticarətdə yalnız bir prinsip var: bazar heç kimə özündən pul vermir, həmin pulu bazar iştirakçıları arasında paylayır. Mən də bu paylama prosesindən istifadə edirəm. Təbii ki, analiz zamanı fundamental faktorları da nəzərə alıram, lakin bu faktorlar qısa müddətli əməliyyatlar açmaq üçün əsas deyil.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Təbii ki, olub. Hətta məyus olduğum anlar da yaşanıb. Düşünürəm ki, bu insan psixologiyasında normal bir haldır.

8. Rəşad bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi ?

Bəli

9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?


Bəli, edir

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

İlkin məlumatları öyrənmək vacibdir. Lakin daha mühüm olan bazarda qiymətin nəyin əsasında hərəkət etdiyini anlamaqdır. Bunu öyrəndikdən sonra təkcə Forex yox, istənilən maliyyə bazarında fəaliyyət göstərə bilərlər. Yalnız MetaTrader platforması ilə kifayətlənməsinlər, digər platformalardan da istifadə etsinlər. Çünki MetaTrader platforması istifadəçilərdə elə bir təəssürat yarada bilər ki, take profit götürüldükdə bazarda heç bir real əməliyyat icra olunmur. Risk idarəetmə qabiliyyətlərinin formalaşması üçün demoda çox kiçik balanslardan istifadə etsinlər

11. Konkursda hansı yenilikləri görmək istərdiniz?


Yaxşı olardı ki, yarışmanın müddəti bir qədər uzadılsın. Əsl treyderləri yalnız bu cür müəyyən etmək mümkündür. Düşünürəm ki, tez-tez lazımsız əməliyyatlar açmaq əvəzinə gözləyib daha yüksək ehtimalla bir düzgün əməliyyat açan treyderlərə ehtiyac var. Buna görə də yarışma müddəti artırılmalıdır.
Adil Aliyev InvestScore: 5.00
Faiz
279 %
Gəlir
$ 11 397.39
Tutduğu yer
II
Müsahibəni oxu
1. Adil bəy, ilk öncə Yeni Best InvestOR müsabiqəsi № 26 Yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Təşəkkür edirəm, bu qələbə mənim üçün çox xoş və motivasiyaedici oldu. Yarışma həm biliklərimi sınamaq, həm də strategiyamın effektivliyini sübut etmək üçün gözəl fürsət idi. Bu nəticə məni gələcəkdə daha böyük hədəflərə fokuslanmağa ruhlandırır.

2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?

Mən maliyyə bazarlarına, xüsusilə Forex ticarətinə maraq göstərən və bu sahədə özünü davamlı inkişaf etdirən bir investoram. Risklərin idarə olunması və nizam-intizamlı ticarət strategiyalarına üstünlük verirəm. Məqsədim uzunmüddətli və stabil nəticələr əldə etməkdir.

3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?

Forex-lə tanışlığım maliyyə bazarlarına olan marağımdan və əlavə gəlir imkanlarını araşdırmağımdan başladı. Bu sahə məni dinamikliyi, analitik düşüncə tələb etməsi və özünü daim inkişaf etdirmə imkanı yaratması ilə cəlb etdi. Zamanla Forex mənim üçün həm maraqlı, həm də peşəkar istiqamətə çevrildi.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Bəli, bu mənim ilk yarışmam deyil və əvvəlki müsabiqələrdə də uğurlu nəticələr əldə etmişəm. Ən yaxşı göstəricilərimdən biri stabil gəlirlilik və risklərin effektiv idarə olunması olub. Hər yarışma mənim üçün həm təcrübə, həm də strategiyalarımı təkmilləşdirmək üçün dəyərli imkan yaradır.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

Ticarət strategiyam texniki və fundamental analizlərin kombinasiyasına əsaslanır. Risklərin idarə olunmasına xüsusi önəm verir, hər əməliyyatda ciddi risk-mükafat nisbətinə riayət edirəm. Əsas məqsədim qısamüddətli spekulyasiyadan daha çox stabil və davamlı gəlir əldə etməkdir.

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Əsasən texniki analizdən istifadə edirəm — trend xətləri, dəstək–müqavimət səviyyələri və indikatorlar (RSI, Moving Average və s.) əsas alətlərimdir. Eyni zamanda vacib iqtisadi xəbərləri fundamental analiz çərçivəsində nəzərə alıram. Ticarətdə isə risklərin məhdudlaşdırılması, intizamlı plan, emosiyalara nəzarət və risk-mükafat balansına ciddi riayət prinsiplərinə əsaslanıram.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Bəli, çətin dövrlər və ardıcıl uğursuz əməliyyatlar olub, lakin bu məni geri çəkilməyə deyil, daha çox öyrənməyə və səhvlərimi analiz etməyə sövq edib. Forex-də uğurun səbir, intizam və davamlı inkişafdan keçdiyini başa düşürəm. Bu səbəbdən çətinlikləri təcrübə kimi qəbul edərək yoluma davam etmişəm.

8. Adil bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi ?

Açığı, qalib olacağımı dəqiq gözləmirdim, lakin yaxşı nəticə əldə edəcəyimə inanırdım. Əsas məqsədim planıma sadiq qalmaq və stabil ticarət aparmaq idi. Qələbə isə düzgün strategiya və intizamın təbii nəticəsi oldu.

9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Bəli, əldə etdiyim nəticə məni tam qane edir, çünki bu, həm strategiyamın effektivliyini, həm də düzgün risk idarəetməsini təsdiqlədi. Bununla belə, hər zaman daha yaxşı nəticələr üçün öz üzərimdə işləməyə davam edirəm. Bu uğuru növbəti mərhələlər üçün motivasiya kimi görürəm.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Yeni başlayan treyderlərə məsləhətim odur ki, əvvəlcə bazarı öyrənsinlər və kiçik məbləğlərlə ticarət etsinlər. Risklərin idarə olunması və intizamlı ticarət prinsiplərinə ciddi riayət etmələri vacibdir. Həmçinin, emosiyalara aldanmadan, davamlı öyrənmə və təcrübə ilə inkişaf etmələri tövsiyə olunur.

11. Konkursda hansı yenilikləri görmək istərdiniz?

Yarışma saytında peşəkar yerli treyderlərin analitik yazılarını, əsas ticarət alətləri üzrə proqnozlarını və dünya bazarlarından ən son xəbərləri görmək çox faydalı olardı. Bu, iştirakçılara bazarı daha dərindən anlamağa və qərarlarını daha məlumatlı şəkildə verməyə imkan yaradar. Həmçinin, saytın interaktivliyi və təcrübə paylaşımı səviyyəsini artırardı.
Sıra İştirakçı Kapital InvestCafe