GİRİŞ

+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
Yeni Best İnvestOR müsabiqəsi №33

Konkurs haqqında ətraflı məlumat
Yeni Best İnvestOR müsabiqəsi №32
Konkurs Yeni Best İnvestOR müsabiqəsi №32
Kredit Çiyni 1:50
İlkin Depozit $ 3000
Başlanma Tarixi 24-08-2026 00:00:00
Bitmə Tarixi 18-09-2026 23:59:59
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
60
İŞTİRAKÇI SAYI
3 277
ƏMƏLİYYAT SAYI
521
ÜMUMİ LOT SAYI
48.7 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
7%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 52%
SELL 48%
Şəhərlər üzrə
Bakı: 72%
Sumqayıt: 11%
Ağdaş: 9%
Göyçay: 6%

Bu konkursun iştirakçıları

Nail Quliyev InvestScore: 5.00
Faiz
234 %
Gəlir
$ 10 032.14
Tutduğu yer
I
Müsahibəni oxu
1. Nail bəy, ilk öncə Yeni Best InvestOR müsabiqəsi №32 yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız.
İlk öncə demək istərdim ki, qalib olmağıma çox sevinirəm. Əlavə olaraq qeyd etmək istəyirəm ki, düzgün qurulmuş strategiya və intizam hər bir treyderi öz məqsədinə çatdıra bilər.

2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?
Mən Quliyev Nailəm və peşəkar treyder olmaq istiqamətində addımlayıram.

3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?
Forex-lə ilk tanışlığım 2024-cü ildə İnvestAz şirkəti sayəsində olub. Sərbəst iş qrafiki və heç kimdən asılı olmadan qazanc əldə etmək imkanı bu sahəyə marağımı daha da artırdı.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, müsabiqədə iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələri əldə edə bilmisiniz?
Bəli, daha öncə də iştirak etmişəm. Əvvəlki yarışmalarda 5-ci sırada olmuşam.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.
Profitunity strategiyası və Xaos nəzəriyyəsindən istifadə edirəm.

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Elliot dalğaları əsasında analiz edirəm və əməliyyatlarımı öz strategiyama əsasən həyata keçirirəm.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Bəli, belə hallar olub. Amma yaxınlarımın dəstəyi ilə sonradan daha qətiyyətli şəkildə irəliləmişəm.

8. Nail bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
Bəli, hər zaman məqsədim bu olub.

9. Müsabiqədə əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Bəli, tamamilə qane edir.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiniz?
Öz strategiyalarını qurmalı, intizamlı və səbirli olmalı, balanslarını qoruyaraq davam etməlidirlər.

11. Müsabiqədə hansı yenilikləri görmək istərdiniz?
Hazırda bununla bağlı hər hansı təklifim yoxdur. :::
Sıra İştirakçı Kapital InvestCafe