HƏRRACLARDA İŞTİRAK EDİN
Hərraclarda iştirak etməklə siz məhdud sayda buraxılan dövlət istiqrazlarına və notlara birinci əldən sahib ola bilərsiniz.
Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları və Mərkəzi Bankın notları Bakı Fond Birjasında keçirilən hərraclar vasitəsilə kütləvi təklif olunur. Hər bir investor rəqabətli və qeyri-rəqabətli sifarişlər təqdim edə bilər. Rəqabətli sifarişdə istiqrazların alış qiyməti və sayı, qeyri-rəqabətli sifarişdə isə istiqrazların alınmasına təklif olunan vəsaitin ümumi məbləği qeyd olunur.
Bakı Fond Birjasında keçirilən dövlət istiqrazların hərracında həm hüquqi, həm də fiziki şəxs olan investorlar iştirak edə bilər. Hərrac zamanı sifarişlərin qəbulu yalnız 11:00 - dan 12:30-a kimi davam edir.
Bakı Fond Birjasında keçirilən Mərkəzi Bankın notlarının hərracında yalnız Bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Hərrac zamanı bir bank tərəfindən ikidən artıq olmamaqla, yalnız bir rəqabətli və bir qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Sifarişlərin qəbulu 11:00 - dan 12:30-a kimi davam edir.
DÖVRİYYƏDƏ OLAN NOTLAR
BİZİ SEÇƏNLƏR
ŞİRKƏTİNİZ ÜÇÜN STRATEJİ BİR TƏRƏFDAŞ
Uzun müddətli müqavilələr, darıxdırıcı, intensiv toplantılara ehtiyac yoxdur. Əməliyyatlara başlamaq üçün dərhal bizimlə əlaqə saxlayın. Şirkətinə təqdim ediləcək maliyyə xidmətlərinin keyfiyyətinə önəm verən şirkətlər üçün Korporativ İnvestisiya xidmətini təqdim edirik.