HÜQUQİ SƏNƏDLƏR

  • Marjinal ticarətlə bağlı risk bildirişi
    RİSK BİLDİRİŞİ

    Əməkdaşlıq edəcəyiniz brokerlə imzalayacağınız Müqavilə şərtlərində qeyd edilən müddəalarla yanaşı aşağıdakı risk faktorlarını da nəzərə almalısınız:


    - Broker nəzdində açacağınız cari hesab, eləcə də bu hesab içində açacağınız Ticarət hesablarında həyata keçirəcəyiniz ticarət və köçürmə əməliyyatlarınıza Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dərc edilən qanun və normativ aktların tələbləri tətbiq ediləcəkdir;

    - Marjinal ticarət əməliyyatları yüksək risk səviyyəsinə malikdir. Kredit dəstəyi səbəbi ilə, ticarət əməliyyatlarının kiçik miqdarda təminatla həyata keçirilməsi Sizin xeyrinizə olmaqla yanaşı zərərinizə də nəticələr yarada bilər;

    - Qiymətlərin proqnozlaşdırılan istiqamətdən əks istiqamətdə dəyişməsi nəticəsində Broker nəzdindəki müvafiq Ticarət hesabınıza yatırdığınız vəsaiti tamamilə itirə bilərsiniz. Yüksək gəlirə ümid edərək risk məhdudiyyətlərinizi nəzərə almalısınız;

    - Həyata keçirilən ticarət əməliyyatları və ya birjadakı qiymət dinamikası ilə bağlı məlumat və tövsiyyələrin birjadakı bütün mənzərəni tam əks etdirmədiyini və təsdiqə ehtiyacı olduğunu nəzərə almalısınız;

    - Marjinal ticarətlə bağlı hər hansı növ analiz nəticələri bu analizləri hazırlayan şəxslərin şəxsi mülahizəsinə əsaslanır və bu məlumatlardakı gələcək hədəflərin reallaşmama ehtimalı da mövcuddur.

    - Xarici valyutada ifadə olunan maliyyə alətləri ilə həyata keçirilən ticarət əməliyyatlarında yuxarıda qeyd edilənlərlə yanaşı məzənnə riskləri də mövcuddur. Məzənnə dəyişikliyi nəticəsində əməliyyatlarınızın müsbət nəticələrində azalma yarana bilər və ya ümumi zərər həcminiz arta bilər.

    - Maliyyə alətləri üzrə təklif olunan qiymət və spredlər brokerin ticarət sistemi və biznes meyarlarına uyğun olaraq fərqlənə bilər. Bu səbəbdən ticarət edəcəyiniz maliyyə alətlərinin ticarət şərtləri ilə yaxından tanış olmalısınız.

    - Ticarət əməliyyatlarına başlamadan öncə öhdəliklərinizə şamil ediləcək komissiya və xərclərlə bağlı ətraflı məlumat almalısınız.

    - Marjinal ticarət sistemi üzrə hər hansı təşkilatın Sizə ticarət əməliyyatlarınızın nəticəsində zərərə uğramayacağınız, zərərlərinizin nəzarət altında saxlanılacağı və ya Sizə təminat artırma tələbinin irəli sürülməyəcəyi ilə bağlı vədlərin verilməsinin əsassız olduğunu nəzərə almalısınız.

    - Marjinal ticarətlə bağlı bu risk bildirişi Sizi ümumi olaraq mövcud risklər haqqında məlumatlandırmaq məqsədi daşıyır və investisiya alətlərinin alqı-satqısı ilə bağlı bütün riskləri əhatə etməyə bilər. Beləliklə, kapitalınızı bu növ investisiya alətlərinə yatırmadan öncə müvafiq investisiya ilə bağlı diqqətli bir şəkildə araşdırma etməlisiniz.