InvestAZ İnvestisiya Şirkəti Milli Depozit Mərkəzinin tam səlahiyyətli üzvüdür. Şirkət müştərilər üçün depozitar hesablar aça, həm birjada həm də birjadankənar əməliyyatların aparılmasını təşkil edir.
MDM - Milli Depozit Sisteminin tərkib hissəsi olaraq bilavasitə depozitar fəaliyyəti ilə məşğul olan və depozit sisteminə daxil olan depozitarların uçotunu aparan, onların fəaliyyətinə nəzarəti həyata keçirən dövlət təşkilatıdır.
Milli Depozit Mərkəzinin əsas məqsədi qiymətli kağızların müəyyən olunmuş qaydada saxlanılmasını, nağd və nağdsız dövriyyəsinin təmin edilməsini, səhmdarların reyestrinin aparılmasını, qiymətli kağız mülkiyyətçilərinin və alqı-satqı müqavilələrinin qeydiyyatını, eləcə də digər depozitar xidmətlərini həyata keçirməkdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı üzrə əməliyyatlar haqqında bütün qeydiyyat və reyestrlərin aparıldığı mərkəzdir. Səhmlərinizi və İstiqrazlarınızı MDM zəmanətində təqib edə bilərsiniz.
Milli Depozit Mərkəzi, səhmdar cəmiyyətlərinə, eləcə də özəl və institusional sərmayədarlara aşağıdakı növ xidmətləri göstərir:
Sənədli və sənədsiz formada buraxılan qiymətli kağızların saxlanılması; Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması; Qiymətli kağızların özgəninkiləşdirilməsi yolu ilə bağlı olan əqdlərin qeydiyyatı; Qiymətli kağızlarla mülkiyyət hüququnun rəsmiləşdirilməsi;
Qiymətli kağızların yüklülük faktlarının qeydiyyatı;
Qiymətli kağızların konsolidasiya, konvertasiya və xırdalanması, eləcə də digər qlobal əməliyyatların aparılması; Birja əqdləri üzrə klirinq və hesablaşmalar.