MƏDAXİL

InvestAZ sizə Mədaxil prosesinin asan və sürətli icra olunması üçün yeni üstünlüklər təqdim edir. Hesabınıza yatırım etdiyiniz vəsait bir neçə dəqiqə sonra hesabınızda görünəcək. Yatırım hesabınıza Mədaxil etməyiniz üçün müştəri təmsilçinizə zəng etməyinizə və ya məktub yazmağınıza ehtiyac yoxdur.  Aşağıda qeyd edilən 3 addım ilə sürətli Mədaxil imkanlarından yararlana bilərsiniz.

INVESTORDA PLASTİK KARTLAR VASİTƏSİLƏ

InvestOR Yatırım Platformasında "Mədaxil" düyməsini tıklayıb açılan səhifədə "Plastik kartlar" bölməsindən  yatıracağınız məbləği və plastik kart məlumatlarınızı daxil edərək 24/7 mədaxil edə bilərsiniz. Hesaba mədaxil prosesi uğurlu olduqda vəsait hesaba dərhal əlavə olunur.

ƏTRAFLI

BANK HESABI VASİTƏSİLƏ

Bank hesabına sahibsinizsə iş saatları ərzində bankınıza yaxınlaşaraq InvestAZ-ın hesab məlumatlarından istifadə etməklə və ya "Internet bank" və ya "Mobil bank" xidmətlərinin istifadəçisinizsə tək ekran üzərindən onlayn mədaxil imkanlarından faydalana bilərsiniz. Bank hesabınız olmasa belə istənilən bank və ya "Azərpoçt" filial və şöbələrinə yaxınlaşaraq InvestAZ-ın hesab məlumatlarından istifadə etməklə "Cüzdan"-ınıza vəsait əlavə edə bilərsiniz.

ƏTRAFLI

InvestAZ Hesab Məlumatları

ONLAYN ÖDƏNİŞ TERMİNALLARI VASİTƏSİLƏ

Onlayn ödəniş terminalları (www.hesab.az) vasitəsilə "Cüzdan"-ınıza  7/24 mədaxil edə bilərsiniz. Müvafiq InvestOR "Cüzdan" nömrənizi daxil etdikdən sonra rahat şəkildə mədaxil əməliyyatınızı həyata keçirə bilərsiniz.

ƏTRAFLI

ÖDƏNİŞ TERMİNALI VASİTƏSİLƏ

Artıq hər bir müştəri öz yatırım hesabına ödəniş terminalları vasitəsilə də mədaxil edə biləcək. Ümumilikdə 5000-dən artıq eManat və Milliön terminalı sayəsində ofisə yaxınlaşmadan da mədaxil etmək mümkündür.

ƏTRAFLI

MİNİMUM TƏMİNAT

Əməliyyatlara başlamaq üçün minimum təminat məbləğinə əsasən fərqli Hesab növləri təqdim edirik. Hesab növləri aşağıdakı kimidir.

MƏDAXİL PROSESİ ZAMANI DİQQƏT EDİLMƏSİ LAZIM OLAN MƏQAMLAR


  • Plastik kart məlumatlarının doğru daxil olunduğuna diqqət edin;

  • Hesabınızda kifayət qədər vəsait olmasından əmin olun;

  • Plastik kartınızın istifadə müddətinin bitib-bitməməsini yoxlayın;

  • Kartınızda “3D Secure” və digər təhlükəsizlik sistemlərinin aktiv olub-olmadığına diqqət yetirin.

  • Hesaba mədaxil bank köçürməsi ilə istənilən bank iş saatları ərzində, kartlar vasiləsilə isə 7/24 həyata keçirilir;

  • Ödəniş etdiyiniz zaman qəbzi özünüzdə saxlamağı unutmayın.

INVESTOR İLƏ MƏXARİC

InvestAZ-dakı yatırım hesabınızdan bank hesabınıza Məxaric edə bilərsiniz. Məxaric əməliyyatlarınızı rahat və sürətli şəkildə InvestOR üzərindən həyata keçirə bilərsiniz.



MƏXARİC ZAMANI DİQQƏT EDİLMƏLİ MƏQAMLAR

  • Yalnız özünüzə aid bank hesabınıza məxaric edə bilərsiniz.

  • Məxaric zamanı bank hesabı məlumatlarınızın doğruluğuna əmin olun.

  • USD ilə məxaric edərkən bank hesabınız AZN əsaslıdırsa, məbləğ cari günə olan məzənnə ilə hesablanır.

  • Plastik kartınız bank hesabınıza bağlıdırsa vəsaitinizi bu plastik kartdan nağdlaşdıra bilərsiniz.


    CANLI DƏSTƏK

    InvestOR yatırım platforması üzərindən bütün suallarınızın cavabını anında alın.

    CANLI DƏSTƏK AL

    SİZƏ ZƏNG EDƏK

    Əlaqə vasitələrinizi qeyd edin, mütəxəssislərimiz sizi ətraflı olaraq məlumatlandırsın.

    MƏNƏ ZƏNG EDİN

    SİZƏ ZƏNG EDƏK

    WHATSAPP

    CANLI DƏSTƏK

    Pulsuz Təlim Hesabına

    İNDİ BAŞLA