QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

Neden Demo Hesap Açmalıyım

Forex Təlim hesabı nədir?

Hər yatrımçı təlim hesabı aça bilərmi?

Təlim hesabı pulsuzdurmu?

VİRTUAL PUL İLƏ REAL BAZAR ŞƏRTLƏRİNDƏ ƏMƏLİYYAT İMKANI

Təlim hesabı, Forex bazarlarında real əməliyyatlar etməmişdən öncə özünüzü risksiz olaraq inkişaf etdirə biləcəyiniz bir hesabdır. Bu hesabda etdiyiniz bütün əməliyyatları sizə təqdim edilən virtual məbləğ sayəsində həyata keçirəcəksiniz. Təlim hesabı sayəsində istədiyiniz qədər əməliyyatlar icra edərək təcrübə qazana bilərsiniz.

HƏR BİR YATIRIMÇI PULSUZ VƏ RİSKSİZ
TƏLİM HESABI AÇA BİLƏR

Təlim hesabı, Forex bazarında əməliyyat etmək istəyən hər bir kəsin asanlıqla aça biləcəyi bir hesab növüdür. Forex bazarında ticarət etmək istəyən hər yatırımçı pulsuz və risksiz olaraq təlim hesabı aça bilər. Təlim hesabında həyata keçirəcəyiniz alış-satış əməliyyatları ilə təcrübə qazana və Forex bazarlarını analiz etmə bacarığınızı təkmilləşdirə bilərsiniz.

FOREX TƏLİM HESABI AÇMAQ
TAMAMİLƏ RİSKSİZ VƏ PULSUZDUR

Təlim hesabı açmaq tamamilə pulsuzdur. Sizə təqdim edilən virtual vəsait ilə istədiyiniz qədər əməliyyat edərək bazarları tanıma fürsətini əldə edə bilərsiniz. Təlim hesabında heç bir risk etmədən Ticarət terminalını və Maliyyə bazarını kəşf edə bilərsiniz.

FOREX-Ə BAŞLAMAĞIN ƏSL VAXTIDIR

Pulsuz Forex Təlim hesabı sayəsində virtual məbləğ ilə real bazar şərtləri daxilində istədiyiniz qədər əməliyyat icra edə bilərsiniz.

PULSUZ TƏLİM HESABI AÇ

NƏ ÜÇÜN TƏLİM HESABI AÇMALIYAM? 

  • Forex onlayn bir yatırım bazarıdır. 5 gün 24 saat Təlim hesabı ilə Forex bazarlarında istədiyiniz əməliyyat strategiyanızı tətbiq edərək ilk addımlarınızı ata bilərsiniz.

  • Forex bazarında sərmayəniz daha dəyərlidir. Siz Forex bazarlarında kredit çiyni sayəsində kiçik məbləğlər ilə təminatınızın 30 qatına qədər əməliyyat icra edərək yatırımlarınızı dəyərləndirə bilərsiniz.

  • Forex ticarət bazarları ilə əməliyyatlarınızda qiymətlərin tək yüksəlişindən deyil, həm də enişindən yararlanaraq, qiymətlər yüksələrkən almaq, düşərkən satmaq imkanını fürsətə çevirə bilərsiniz.

  • Əməliyyat platformasını istədiyiniz kimi incələyərək bütün özəlliklərini öyrənə bilərsiniz. Beləliklə, real hesabda əməliyyat edərkən platforma xətalarını minimum səviyyəyə endirə bilərsiniz.

  • Əmr növləri - Take Profit (Gəlir götür) , Stop Loss (Zərəri dayandır) və digər əmr növləri ilə əməliyyatlar edərək bazarın fərqli özəlliklərini kəşf edə bilərsiniz.

  • Virtual vəsait sayəsində risksiz bir şəkildə Margin Call (Təminat tamamlama bildirişi) və Stop Out ( Avtomatik əməliyyatı bağlama) kimi risk ünsürü daşıyan qiymət səviyyələrini təcrübə edə bilərsiniz.

  • InvestAZ-ın təqdim etdiyi peşəkar analiz dəstəyindən yararlanaraq bazarları təqib edə bilərsiniz. Həmçinin, təcrübəli analitiklərimizin proqnozlarını video və ya məqalələr vasitəsilə izləyərək faydalana bilərsiniz.  

  • İqtisadi təqvimdə məlumatların bazara necə təsir edəcəyi proqnozlarını görə bilər, bu vəziyyətlərdə necə əməliyyat etmək lazım olduğunu öyrənə bilərsiniz.

  • Geniş yatırım alətləri ilə təkcə valyuta cütlüklərində deyil, bir çox fərqli əmtəə və indekslərdə əməliyyatlar icra edib portfelinizi genişləndirərək təcrübə qazana bilərsiniz.

  • Təlim hesabı ilə Forex bazarlarında ticarət psixologiyasını təcrübə edə bilərsiniz. Bu, Təlim hesabı olsa da bazar stress və həyəcanını hiss edəcəksiniz.

PULSUZ TƏLİM HESABI NECƏ AÇILIR ?

Yatırım alətlərimiz haqqında kifayət qədər məlumata sahibsinizsə artıq hesab açmaq zamanıdır.

1

TƏLİM HESABINDA 
QEYDİYYATDAN KEÇİN

DEMO HESAB AÇ

2

MAİL ÜNVANINIZI
TƏSDİQLƏYİN

E-POÇT TƏSDİQİ

3

DEMO INVESTOR-A
DAXİL OLUN

INVESTOR 

4

TƏK TUŞ İLƏ TİCARƏT PLATFORMASINA DAXİL OLUN

PLATFORMALAR

5

KOMPÜTER VƏ YA MOBİL CİHAZ İLƏ TİCARƏT İMKANI

ƏMƏLİYYAT ET

INVESTAZ TƏLİM HESABININ ÜSTÜNLÜKLƏRİ

InvestAZ-da Təlim (Demo) hesabı, InvestOR üzərindən açılır və idarə edilir.

İlk Forex hesabı qeydiyyatınız tamamlandıqdan sonra hesab məlumatlarınız mail ünvanınıza göndərilir. 

InvestAZ Təlim hesabınız ilə 5 fərqli Forex hesabı aça və hər birində ayrı strategiyalar quraraq əməliyyatlar icra edə bilərsiniz.

Hesabınızda yer alan 100.000 $ virtual məbləğ ilə əməliyyat edə və Fx hesablarınız arasında köçürmə həyata keçirə bilərsiniz.

Təlim hesabında təcrübə qazandıqdan sonra Forex bazarlarının sizə uyğun olmadığını düşünürsünüzsə digər yatırım alətlərimizlə

          maraqlana bilərsiniz.

İNDİ FOREX-Ə BAŞLAMAĞIN ƏSL VAXTIDIR!

Standart bir demo hesab təcrübəsini daha da təkmilləşdirin və Forex bazarlarında əməliyyat edə bilməyiniz üçün lazım olan bütün addımları tək platformadan asanlıqla kəşf edin.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA