SÜRƏTLİ, GƏLİRLİ VƏ LİKVİD
Repo müqaviləsi bir tərəfin qiymətli kağızları digər tərəfə, əvvəlcədən müəyyən edilmiş qiymətlə, əvvəlcədən müəyyən edilmiş tarixdə geri satın almaq öhdəliyi ilə satmasıdır. Digər tərəf isə qiymətli kağızların girovu müqabilində borc vəsaitinə faiz dərəcəsi tətbiq edir ki, bu da geri satın alma qiymətinin satış qiymətindən yüksək olmasına səbəb olur.
AŞAĞI RİSKLİ YATIRIM
Repo əməliyyatı zamanı qiymətli kağızların girov qoyulması, o cümlədən qiymətli kağızların sahibinin onları geri satın alma öhdəliyi, yatırımla bağlı riskləri əhəmiyyətli dərəcədə azaltmış olur.
DAHA UCUZ BORCALMA
Repo əməliyyatlarına tətbiq olunan repo faiz dərəcəsi, bank krediti və digər borclanma vasitələrinə tətbiq olunan faiz dərəcəsindən aşağıdır.
ÇEVİKLİK
Repo müqaviləsinə daxil olan tərəflərin istəyi ilə əsas məbləğə müvafiq dəyişikliklər edilə bilər.
LİKVİDLİYİN İDARƏOLUNMASI
Banklar və şirkətlər balanslarındakı sərbəst vəsaitləri repo əməliyyatlarına cəlb etməklə, likvidliyin effektiv idarə olunmasını təmin edirlər.
BİZİ SEÇƏNLƏR
ŞİRKƏTİNİZ ÜÇÜN STRATEJİ BİR TƏRƏFDAŞ
Uzun müddətli müqavilələr, darıxdırıcı, intensiv toplantılara ehtiyac yoxdur. Əməliyyatlara başlamaq üçün dərhal bizimlə əlaqə saxlayın. Şirkətinə təqdim ediləcək maliyyə xidmətlərinin keyfiyyətinə önəm verən şirkətlər üçün Korporativ İnvestisiya xidmətini təqdim edirik.