QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

Risk və Məlumatlandırma Bildirişləri

Marja ticarəti ilə bağlı risk bildirişi və ticarət qaydaları ilə buradan tanış ola bilərsiniz

ÜMUMİ

  • İnvestisiya Şirkətinin marja ticarəti xidmətinin təşkili modeli barəsində məlumat

    “İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Qiymətli Kağızlar Bazarı haqqında Qanunvericilik və Fərq müqavilələri ilə marja ticarətinin təşkili və likvidlik təminatçısına dair tələblərə uyğun olaraq B modeli əsasında müştəri sifarişlərin icrasını tam öz hesabına və özünün müəyyənləşdirdiyi qiyməltlərlə həyata keçirir.

    Image title

  • Marja Ticarəti şərtləri üzrə investisiya fəaliyyəti göstərilən ticarət hesablarında açıq mövqelərin bağlanış həddi aşağıdakı şərtlərlə tənzimlənir:

    Açıq mövqelərdə təminat yetərsizliyi üzrə avtomatik bağlanış həddi təminat səviyyəsinin 20% həddi ilə müəyyən edilir.
    Ticrət hesablarında təminat səviyyəsi 20% həddinə çatdıqda açıq mövqelər üzrə əməliyyatlar iri həcmdən və ya iri ziyanda olandan daha az həcmli və ya daha az ziyanda olana doğru ardıcıllıqla bağlana bilər.Açıq mövqelərdə təminat səviyyəsinin 20%-də bağlanılması üçün qiymət formalaşmadıqda, İnvestisiya Şirkətiaçıq mövqedə olan əməliyyatları bir sonrakı mümkün ən əlverişli qiymət ilə icra edir. Bu halda bütün əməliyyatlar bağlandıqdan sonra müştəri hesabındakı qalıqlar ilkin təminatın 20% həddindən daha aşağıda nəticələnə bilər.Marja Çağırışı səviyyəsi təminat səviyyəsi üzrə 100% həddi hesab edilir.


  • İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti Marja Ticarəti fəaliyyəti zamanı müştərilərə InvestAZ MT4 Ticarət Platforması vasitəsilə təqdim olunan investisiya alətləri üzrə minimum və maksimum həcmlər aşağıdakı cədvələ uyğun olaraq həyata keçirilir:


    InvestAZ MT4 Symbols:Minumum LOT:Maksimum LOT:
    FX 1:0.01100
    AUDCADAUDCHFAUDJPY
    AUDNZDAUDUSDCADCHF
    CADJPYCHFJPYEURAUD
    EURCADEURCHFEURGBP
    EURJPYEURNZDEURTRY
    EURUSDGBPAUDGBPCAD
    GBPCHFGBPJPYGBPTRY
    GBPUSDNZDCADNZDCHF
    NZDJPYNZDUSDTRYJPY
    USDCADUSDCHFUSDJPY
    USDTRY  
       
    FX 2:0.0150
    EURAZNEURDKKEURHUF
    EURNOKEURPLNEURSEK
    GBPNOKGBPSGDNZDSGD
    SGDJPYUSDAZNUSDDKK
    USDHKDUSDHUFUSDMXN
    USDNOKUSDPLNUSDRUB
    USDSEKUSDSGDUSDZAR
       
    METALS 1:0.0150
    XAGUSDXAUUSD 
       
    METALS 2:0.011000
    COPPERGRAMTLGRAMUSD
    XAGEURXAUEURXPDUSD
    XPTUSD  
       
    CFDs 1:0.01100
    CAC40COTTONDAX
    DOWJDXYFTSE
    NIKKEISP500SUGAR
       
    CFDs 2:0.0150
    NATGOILUKOILUS
       
    EQTYs 1:11000
    AIGALIBABAAMERICANE
    APPLEATTBOA
    BOEINGCATCHEVRON
    CISCOCITIGROUPCOCACOLA
    DISNEYEXXONFACEBOOK
    GEGMGOLDMAN
    GOOGLEAGOOGLECHP
    IBMINTELJOHNSON
    JPMORGANMCDONALDSMICROSOFT
    MMMPFIZERPG
    TESLAVERIZONWALLMART


  • İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin kotirovkaların müəyyən edilməsi proseduru aşağıdakı sxem şəklində həyata keçirilir:

  • Baza aktivi səhmlər olan fərq müqavilələri ilə ticarət zamanı mövqenin açılmasına görə fərq müqaviləsinin baza valyutasında 10 ş.v. xidmət haqqı tətbiq edir. Belə fərq müqavilələri üzrə açıq mövqelərin bağlanması sifarişlərinin icrası ilə bağlı xidmət haqqı tətbiq edilmir.

    İnvestisiya Şirkətinin tətbiq etdiyi alış və satış qiymətləri arasındakı fərq, əməliyyat mövqeynin növbəti günə keçirilməsi ilə bağlı svop xərci, baza aktivinin dəyişməsi ilə bağlı qiymət fərqinin hesaba tətbiqi və s. bu müqavilədə göstərilməyən xərclər, xidmət haqqı deyildir və əməliyyat xərci hesab olunur.

    İnvestisiya Şirkəti müştərinin sifarişləri üzrə xərcləri və xidmət haqqlarını sifarişin icra olunması vaxtında və ya daha sonra müştərinin hesabından silir.

    Müştərinin hesabına hesablanan svop rollover aşağıdakı düsturla müəyyən olunur:


    Image title



    FMR = Fərq müqaviləsi roloveri

    V = Həcm

    PF0 = Baza aktivi olan cari fyuçers müqaviləsinin cari qiyməti

    PF1 = Baza aktivi olan növbəti fyuçers müqaviləsinin cari qiyməti

    PF1 = Baza aktivi olan növbəti fyuçers müqaviləsinin cari qiyməti

    SD = Günlük Svop xərci


    İnvestisiya Şirkəti müştəri ilə arasında olan müqavilə üzrə müştəri öhdəliklərini onun hesabından əlavə sərəncam olmadan silir.

    Müştəri İnvestisiya Şirkətinə xidmət haqqı və sifarişlərin icrası ilə bağlı xərcləri nağd, bank Köçürməsi, ödəniş terminalları və ya POS terminal vasitəsi ilə ödəyir.

    İnvestisiya şirkəti tərəfindən xidmət haqları birtərəfli qaydada dəyişdirilə bilər. Belə dəyişiklik barədə investisiya şirkəti tərəfindən qəbul olunmuş qərarın tətbiq edilməsindən ən azı 15 (on beş) təqvim günü əvvəl müştərilərə bu barədə məlumat verilir.

    • Müştəri sifarişləri heç bir halda investisiya şirkətindəki hesabda eyni və ya fərqli şirkətlərdən, eyni şirkətdə eyni və ya fərqli müştərilərin adına olan hesablardan, eləcə də eyni və ya fərqli hesablar vasitəsi ilə investisiya şirkətinin müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya şirkəti bu halları aşkarladıqda müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər.

    • Müştəri scalping ticarəti etmək istədikdə bu barədə investisiya şirkətini məlumatlandırmalıdır. İnvestisiya şirkəti müşahidə etsə, bu növ ticarətə başladığı
      andan etibarən müştərinin əldə etdiyi bütün ticarət nəticələri ləğv edə bilər.


    • Fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və investisiya şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müştəri bu uzaqlaşamaların müəyyən olunduğu vaxtadək belə uzaqlaşmanın yaratdığı nəticənin də daxil olduğu hesab qalığı üzrə məxaric etmişdirsə, bu zaman uzaqlaşmanın yaratdığı nəticələr qədər investisiya şirkəti qarşısında öhdəlik daşıyır.

    • Müştərinin eyni maliyyə aləti üzrə əks əməliyyatı onu spred genişlənməsi riskindən qorumur və hesabında qalıq vəsaitin dəyişməməsinə təminat vermir. Hesab qalığı təminat məbləğlərinin cəminin 20%-nə bərabər olduqda İnvestisiya Şirkəti müştəri mövqelərini həcm və ya zərər üzrə iridən kiçiyə olmaqla müvafiq ardıcıllıq ilə məcburi bağlayır.

    • Müştəri marja çağırışına əməl etmədikdə investisiya şirkəti müştəriyə əlavə çağırış etmir. Hesab üzrə qalıq təminat məbləğlərinin cəminin 20%-nə bərabər olduqda İnvestisiya Şirkəti müştəri mövqelərini həcm və ya zərər üzrə iridən kiçiyə olmaqla müvafiq ardıcıllıq ilə məcburi bağlayır.


    • Açıq əməliyyatlar zamanı Cari bazar qiyməti öncədən təyin olunmuş Stop əmrlərinə, eləcə də zərəri dayandır və Gəliri götür hədlərinə 10 pipdən yaxın olduğu təqdirdə əməliyyatın bağlanması və ya hədlərin dəyişdirilməsi ticarət sistemi tərəfinən məhdudlaşdırıla bilər.aparılacaqdır.


    • Fors – Major hallar 

      İnvestisiya Şirkətinin iradəsində olmayan, eləcə də müdaxiləsi və ya nəzarəti mümkün olmayan baş verəcək bütün hallarda, təbii fəlakətlər, maliyyə böhranları, müharibələr, münaqişələr, yüksək volatilliyə səbəb ola biləcək gözlənilən və ya gözlənilməyən fundamental hadisələr və xəbərlər, ölkə, region və ya daha iri ölçüdə rabitə və internet vasitələri üzrə əlaqə, elektrik enerjisinin kəsilməsi və ya verilməsində fasilələrin yaranması, investisiya şirkətinin müştəriyə bu xidməti göstərməsi ilə bağlı 3-cü tərəflərdən aldığı xidmətin onun xidmət qabiliyyətini itirməsi, müflisləşməsi, yerləşdiyi ölkədə və ya regionda baş verən fors-major hallar üzrə dayanması və ya kəsilməsi və digər bütün bu kimi hadisələr investisiya şirkətinin müştəri ilə münasibətdə fors-major hallar sayılır.


    • Bu müqavilə və ya qanunvericiliklə müəyyən olunmuş bütün fors-major hallarda investisiya şirkətinin xidmət və hesablaşmalar üzrə öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yarana bilər və ya investisiya şirkəti bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmə qabiliyyətini itirə bilər. Bu zaman öhdəliklərin ödənmə qaydası Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılacaqdır.


  • İnvestisiya şirkəti müştərinin müqavilə üzrə və qanunvericilikə müəyyən olunmuş digər məlumatlarını həm elektron həm də fiziki daşıyıcılarda saxlayırİnvestisiya şirkəti müştəri ilə şirkət nömrələri üzərindən aparılan danışıqları qeyd edir və elektron sistemlərində müddətsiz saxlayır.

    İnvestisiya şirkəti müştəri sifarişləri və əməliyyatları üzrə məlumatları hər növbəti gün saat 13:00-a qədər möhürləyir və saxlayır. Bu məlumatların eynisi şirkətin ehtiyat məlumat daşıyıcılarında da əks olunur.

    Müştərinin şəxsi və hesabına aid məlumatlar müştəri ilə işin aparılması zamanı, o cümlədən qanunvericiliklə məhdudlaşdırılmayan digər hallarda istifadə oluna bilər.


  • Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Bunagörə, ticarətə başlamadan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyinizzəruridir. Bu məqsədlə “Risk məlumatlandırma sənədi” marja ticarəti ilə məşğul olmaq istəyən bütün şəxslərtərəfindən oxunaraq imzalanmalıdır.Marja ticarəti üzrə xidmət göstərmək istəyən investisiya şirkətləri “Qiymətli kağızlar bazarı haqqında” AzərbaycanRespublikasının Qanununun 30.3.7-ci maddəsinə əsasən müvafiq nəzarət orqanının verdiyi lisenziya əsasındafəaliyyət göstərə bilərlər.

    Marja ticarəti üzrə xidmət göstərmək üçün lisenziyaya malik investisiya şirkətlərininsiyahısı ilə müvafiq nəzarət orqanının rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.


    • Marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsinə dair investisiya şirkəti ilə bağlanacaq müqavilədən əlavəolaraq aşağıdakı məlumatlarla tanış olmağınız tövsiyə olunur:

    • 1. Investisiya şirkəti tərəfindən açılacaq real hesablar və bu hesablarla aparılan bütün marja əməliyyatları“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, müvafiq nəzarət orqanınınmüəyyən etdiyi normativ xarakterli aktlara və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.
      2. Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılanəməliyyatların bazarda sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də yüksək kredithəddinin sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda olan əksqiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.
      3. Real hesablarla əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmıştəhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.
      4. Alqı-satqı əməliyyatlarında sizə təqdim edilən qiymətlər və spredlər ən yaxşı qiymət fərqini əks etdirməyəbilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyinizməqsədəuyğundur.
      5. Ticarət əməliyyatlarına başlamadan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidməthaqları (komissiya, svop və spred əlavələri) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həminxərclər aydın qeyd edilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən formada və yazılıməlumatlandırma tələb etmək hüququna maliksiniz.
      6. Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri,eləcə də qiymət boşluqları və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiyaşirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətliitkilərə gətirib çıxara bilər.
      7. Marja çağırışının hansı formada (platforma, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizəverilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.Bu sənəd marja ticarəti üzrə əməliyyatlara başlayarkən qarşılaşa biləcəyiniz ümumi risklər barədə siziməlumatlandırmaq məqsədi daşıyır. 

      Bu sənəd marja ticarətindən yaranan bütün riskləri əhatə etmir. Bu səbəbdəninvestisiyanızı bu növ əməliyyatlara yönəltmədən əvvəl bu sahəni ətraflı təhlil etməyiniz və investisiya şirkəti iləbağlanılacaq müqaviləni diqqətlə oxumağınız tövsiyə edilir.Aşağıda göstərilən müvafiq hissəni imzalamaqla müştəri marja ticarəti üzrə Risk məlumatlandırma sənədi ilə tanışolduğunu təsdiq edir.nvestisiya şirkəti müştərinin müqavilə üzrə və qanunvericilikə müəyyən olunmuş digər məlumatlarını həm elektron həm də fiziki daşıyıcılarda saxlayırİnvestisiya şirkəti müştəri ilə şirkət nömrələri üzərindən aparılan danışıqları qeyd edir və elektron sistemlərində müddətsiz saxlayır.


“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA