QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

Forex Demo Hesap

TƏLİM HESABI NƏDİR?

“Demo” və ya “Təlim hesabı” Forex yatırımçılarının bazarda real hesab açmamışdan öncə bu sahədə təcrübə toplamaqları üçün yaradılmış bir hesabdır.


Bu hesabda virtual vəsait ilə real bazar şərtləri altında əməliyyatlar edilir.

NƏ ÜÇÜN TƏLİM HESABI AÇMALIYAM? 

  • Forex onlayn bir yatırım bazarıdır. 5 gün 24 saat Təlim hesabı ilə Forex bazarlarında istədiyiniz əməliyyat strategiyanızı tətbiq edərək ilk addımlarınızı ata bilərsiniz.

  • Forex bazarında sərmayəniz 100 qat daha dəyərlidir. Siz Forex bazarlarında kredit çiyni sayəsində kiçik məbləğlər ilə təminatınızın 100 qatına qədər əməliyyat icra edərək yatırımlarınızı dəyərləndirə bilərsiniz.

  • Forex ticarət bazarları ilə əməliyyatlarınızda qiymətlərin tək yüksəlişindən deyil, həm də enişindən yararlanaraq, qiymətlər yüksələrkən almaq, düşərkən satmaq imkanını fürsətə çevirə bilərsiniz.

  • Əməliyyat platformasını istədiyiniz kimi incələyərək bütün özəlliklərini öyrənə bilərsiniz. Beləliklə, real hesabda əməliyyat edərkən platforma xətalarını minimum səviyyəyə endirə bilərsiniz.

  • Əmr növləri - Take Profit (Gəlir götür) , Stop Loss (Zərəri dayandır) və digər əmr növləri ilə əməliyyatlar edərək bazarın fərqli özəlliklərini kəşf edə bilərsiniz.

  • Virtual vəsait sayəsində risksiz bir şəkildə Margin Call (Təminat tamamlama bildirişi) və Stop Out ( Avtomatik əməliyyatı bağlama) kimi risk ünsürü daşıyan qiymət səviyyələrini təcrübə edə bilərsiniz.

  • InvestAZ-ın təqdim etdiyi peşəkar analiz dəstəyindən yararlanaraq bazarları təqib edə bilərsiniz. Həmçinin, təcrübəli analitiklərimizin proqnozlarını video və ya məqalələr vasitəsilə izləyərək faydalana bilərsiniz.  

  • İqtisadi təqvimdə məlumatların bazara necə təsir edəcəyi proqnozlarını görə bilər, bu vəziyyətlərdə necə əməliyyat etmək lazım olduğunu öyrənə bilərsiniz.

  • Geniş yatırım alətləri ilə təkcə valyuta cütlüklərində deyil, bir çox fərqli əmtəə və indekslərdə əməliyyatlar icra edib portfelinizi genişləndirərək təcrübə qazana bilərsiniz.

  • Təlim hesabı ilə Forex bazarlarında ticarət psixologiyasını təcrübə edə bilərsiniz. Bu, Təlim hesabı olsa da bazar stress və həyəcanını hiss edəcəksiniz.

PULSUZ TƏLİM HESABI NECƏ AÇILIR ?

Yatırım alətlərimiz haqqında kifayət qədər məlumata sahibsinizsə artıq hesab açmaq zamanıdır.

1

TƏLİM HESABINDA 
QEYDİYYATDAN KEÇİN

DEMO HESAB AÇ

2

MAİL ÜNVANINIZI
TƏSDİQLƏYİN

E-POÇT TƏSDİQİ

3

DEMO INVESTOR-A
DAXİL OLUN

INVESTOR 

4

TƏK KLİK İLƏ TİCARƏT PLATFORMASINA DAXİL OLUN

PLATFORMALAR

5

KOMPÜTER VƏ YA MOBİL CİHAZ İLƏ TİCARƏT EDİN

ƏMƏLİYYAT ET

INVESTAZ TƏLİM HESABININ ÜSTÜNLÜKLƏRİ

InvestAZ-da Təlim (Demo) hesabı, InvestOR üzərindən açılır və idarə edilir.

İlk Forex hesabı qeydiyyatınız tamamlandıqdan sonra hesab məlumatlarınız mail ünvanınıza göndərilir. 

InvestAZ Təlim hesabınız ilə 5 fərqli Forex hesabı aça və hər birində ayrı strategiyalar quraraq əməliyyatlar icra edə bilərsiniz.

Hesabınızda yer alan 100.000 $ virtual məbləğ ilə əməliyyat edə və Fx hesablarınız arasında köçürmə həyata keçirə bilərsiniz.

Təlim hesabında təcrübə qazandıqdan sonra Forex bazarlarının sizə uyğun olmadığını düşünürsünüzsə digər yatırım alətlərimizlə maraqlana bilərsiniz.

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd edilən addımları izləyərək yatırımçı olmaq fürsətindən yararlana bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

YATIRIM HESABI NECƏ AÇILIR ?

Aşağıdakı 3 addımı izləyərək asanlıqla InvestAZ yatırımçısı ola bilərsiniz

1

QEYDİYYAT
FORMASINI DOLDURUN

QEYDİYYAT FORMASI

2

MÜQAVİLƏ VƏ

SƏNƏDLƏRİNİZİ GÖNDƏRİN

MÜQAVİLƏLƏR

3

HESABINIZA
YATIRIM EDİN

HESABA YATIRIM 

1 REAL HESAB AÇMA FORMASINI DOLDURUN

Aşağıdaki addımları izləyərək Real hesabınızı asanlıqla aça bilərsiniz.


  • Real hesab aç formasını dolduraraq yatırımçı olmağın ilk addımını ata bilərsiniz.

  • Qeydiyyatınız tamamlandıqdan sonra sizə gələn email məktubunda istifadəçi məlumatları ilə InvestOR-a daxil ola bilərsiniz.

  • Müştəri təmsilçiniz sizinlə ən qısa zamanda əlaqə saxlayaraq lazımi əməliyyatlar etməyinizdə yardımçı olacaq.

FORMANI DOLDURUN

2MÜQAVİLƏ VƏ SƏNƏDLƏŞMƏ MÜDDƏTİ

Müqavilənin imzalanması və təqdim olunması

Real hesab açılışı ilə bağlı müvafiq qaydalar "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanundan irəli gələn digər normativ aktlara uyğun olaraq müəyyən edilmişdir. Bu səbəbdən real hesab açılışı edərkən Müqavilənin imzalanması vacibdir. Müqavilə müştəri və şirkətə aid olma şərti ilə iki nüsxədə tərtib olunur. Müqavilələrin imzalanması yalnız yazılı və ya elektron imza vasitəsilə mümkündür.


Müqaviləni imzalamaq üçün aşağıdakı variantlardan birindən istifadə edə bilərsiniz:


  • InvestAZ İnvestisiya şirkətinin ofisini ziyarət edərək müqavilənizi imzalamağınız mümkündür.

    • Müqavilə poçt vasitəsi ilə sizin ev və ya iş ünvanınıza çatdırıla bilər. Sənədləri yerində imzalayaraq kuryerə təhvil verə bilərsiniz.

    • Elektron imza vasitəsilə də Müqaviləni təsdiqləyə bilmə imkanınız var.


Hesab açılışı üçün tələb olunan sənədlər

Azərbaycan vətəndaşları üçün:

  • Şəxsiyyət Vəsiqəsi (hər iki üzünün surəti)

  • Müştəri Anketi

  • Etibarnamə və səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənəd (Müştərini digər şəxs təmsil etdikdə)


Xarici ölkə vətəndaşları üçün:

  • Pasport (surəti)

  • Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsi (hər iki üzünün surəti)

  • Müştəri Anketi

  • Etibarnamə və səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənəd (Müştərini digər şəxs təmsil etdikdə)


Hüquqi şəxslər üçün:

  • Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

  • İmza səlahiyyətinə malik şəxslərin siyahısı

  • Etibarnamə (olduqda)

  • Hüquqi şəxsin VEÖN-i (hüquqi şəxsi digər şəxs təmsil etdikdə)

  • Nizamnaməsinin surəti (hüquqi şəxsi digər şəxs təmsil etdikdə)

Real hesab üçün tələb olunan sənədləri Mail vasitəsilə göndərə bilərsiniz.

HESAB AÇILIŞI PROSESİNDƏ DİQQƏT YETİRİLMƏLİ MÜHÜM MƏQAMLAR:


  • İmzalamadan öncə mütləq Müqaviləni oxuyun.

  • İşarələnmiş bölmələri imzalayın. Müvafiq qaydaya uyğun olaraq bütün bölmələrin imzalanması tələb olunur.

  • Müqavilədəki məlumatlarla şəxsi məlumatlarınız eynilik təşkil etməlidir.

  • Hesab açılışı zamanı Şəxsiyyəti Vəsiqəsi və Müvəqqəti Yaşayış üçün İcazə Vəsiqəsinin etibarlılıq vaxtı qüvvədə olmalıdır.

  • Müqaviləni imzaladıqdan sonra bizim tərəfdən də imzalanması üçün sənədləri bizə təhvil verirsiniz(və ya poçtla geri göndərirsiniz). Bizim tərəfdən imzalandıqdan sonra sizə aid olan müqavilə nüsxəsi sizə təqdim olunur(və ya göndərilir).

3 HESABINIZA 7/24 AVTOMATİK  MƏDAXİL EDİN

Aşağıda sadalanan vasitələr ilə hesabınıza yatırım edə bilərsiniz

Siz 7/24 MasterCard, Visa plastik kartları, "Azericard”, “hesab.az” elektron ödəniş sistemləri və istənilən bank vasitəsilə hesabınıza yatırım edə bilərsiniz. Hesaba mədaxil prosesi uğurlu olduqda vəsait hesaba dərhal əlavə olunur.

HESABINIZA YATIRIM EDİN

NƏ ÜÇÜN YATIRIM ETMƏLİSİNİZ?

Bəli, siz də bir yatırımçısınız. Pulunuzun dəyərini qorumaq və ya dəyər qatmaq üçün özünüzü bu sahədə inkişaf etdirməlisiniz.


Bu günə qədər investisiya, bir çox anlamda mənfi cəhətləri ilə tanıdıldı. Biz yatırıma qorxuducu deyil, realist və dostcasına yanaşırıq. Yatırıma baxış bucağımızı təbiətdən alırıq.

Vəsaitlərinizin miqdarı nə qədər olursa olsun yatırım edərək dəyər qazandırmadığınız müddətcə pulunuz dəyər itirər. Seçəcəyiniz yatırım alətləri ilə pulunuzun dəyərini qoruyun və gəlir əldə etməyi məqsəd olaraq təyin edin.


Biz, əslində özümüzə, biliyimizə və əmanətlərimizə yatırım edərik. Bütün yatırımçıların məqsədi, investisiyalarından bir müddət sonra dəyər artımı ilə gəlir əldə etməkdir. 


  • InvestAZ, sizin bir investor olmağınız və bu sahədə arzularınızın gerçəkləşməsi üçün yatırım dünyasına yeni bir qapı açır. Siz də təqdim etdiyimiz alətlərinin xüsusiyyətlərini araşdırın və özünüzə uyğun hesab açın.


“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA