QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
InvestAZ İnvestisiya Şirkəti cəbhəyanı bölgələrə yardım göndərdi.
23.11.2020 12:00
PRESS RELİZLƏR

Cəbhəyanı bölgələrə yardım

Bildiyiniz kimi 27 Sentyabr tarixindən etibarən müzəffər ordumuz Azərbaycanın işğal olunmuş torpaqlarını düşmənlərdən azad etmək uğrunda həlledici uğurlar qazanmışdır. Bununla yanaşı bir sıra cəbhəyanı bölgələr mənfur düşmənlər tərəfindən dağıdıcı zərbələrə məruz qalmış, nəticədə bir çox vətəndaşımızın evlərinə ciddi ziyan dəymişdir.

Daim sosial aktivlik göstərən və orduya öz dəstəyini əsirgəməyən InvestAZ şirkəti bu dəfə də yardım kampaniyasında iştirak etmişdir. Belə ki, şirkət, cəbhəyanı bölgələrdə dağıntılar nəticəsində müvəqqəti məcburi köçkün olmuş vətəndaşlarımıza, həmçinin əsgərlərimizə hümanitar yardım-bu dönəmlərdə zəruri ehtiyac olan sanitar təmizliyin təminatı üçün xüsusi qovşaqlar və isitmə avadanlıqları göndərmişdir.  Bu kimi  yardımların bundan sonra da göstəriləcəyi planlanmaqdadır.

Şirkət, çoxdan gözlənilən bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, Ali Baş Komandanımıza və müzəffər ordumuza təşəkkürünü bildirir. QARABAĞ AZƏRBAYCANDIR!

Image title

Image title

Image title




“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA