QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
Yayılan xəbərlərlə bağlı şirkətin rəsmi mövqeyi
23.09.2020 17:00
XƏBƏRLƏR

Şirkətimizlə bağlı yayılan məlumatlar əsassızdır!

Mediada İnvestAZ İnvestisiya Şirkətinin türkiyəli iş adamının vəsaitlərini mənimsədiyi barədə məlumatlar yayımlanıb. Məsələ ilə bağlı şirkətimizin rəsmi mövqeyini təqdim edirik:

“Bugün Azərbaycan mediasında, müxtəlif xəbər saytlarında Türkiyə mediasına istinadən İnvestAZ şirkəti ilə bağlıqətiyyən həqiqətə uyğun olmayan,təhrif olunmuş xəbərlər yayılmışdır. 

İnvestAZ Azərbaycanda lisenziyalı İnvestisiya Şirkətidir və marja xidməti şirkətimizin çoxsaylı investisiya xidmətlərindən yanlız biridir. Türkiyədə fəaliyyət göstərən "İnvestAZ Yatırım Menkul Değerler A.Ş." və Azərbsycanda fəaliyyət göstərən "İnvestAZ İnvestisiya Şirkəti" QSC fərqli şirkətlərdir, sözügedən məsələnin isə "İnvestAZ İnvestisiya Şirkəti" QSC-yə heç bir aidiyyatı yoxdur.

Sözügedən məsələ ilə bağlı Türkiyədəki İnvestAZ şirkətinin məlum şəxslə qarşılıqlı iddiaları üzrə məhkəmələri və prosesləri davam edir. Bu şəxsin bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna xələl yetirmək məqsədilə müxtəlif media qurumları vasitəsilə qara PR aparması nəticəsində şirkətə maddi və reputasiya zərəri verdiyi üçün haqqında külli miqdarda təzminat tələbi ilə Türkiyə məhkəmələrinə müraciət edilmişdir. Bu məsələdə aidiyyatı olan bütün şəxslərin haqlı cəzalarını alması üçün bütün resursların səfərbər olunduğunu da bildiririk.

İnvestAZ şirkətinin komandası son 20 ildə olduğu kimi müştərilərinə dünya maliyyə bazarlarında daima yüksək səviyyəli xidmət göstərməyə və yenilikləri ilə sevindirməyə bundan sonra da davam edəcəkdir.

Azərbaycan mətbuatını, o cümlədən xəbər saytlarını diqqətli olmağa, yalan məlumatları yaymamağa, belə hallar olduqda məlumat yaymazdan öncə şirkətlə əlaqə saxlayaraq dəqiqləşdirmələrini məsləhət görürük. Əsas səhmdarımız eyni olduğu üçün məsələlər ilə bağlı mövqeni "İnvestAZ İnvestisiya Şirkəti" QSC-dən də öyrənə bilərsiniz”.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA