MEDİADA İNVESTAZ

Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.

ƏN BÖYÜK həcmdə istiqraz yerləşdirilməsi

06.05.2014 11:00

<b>InvestAZ</b>-dan ƏN BÖYÜK  həcmdə istiqraz yerləşdirilməsi

InvestAZ böyük həcmdə istiqraz yerləşdirilməsini həyata keçirdi

Bu günlərdə “Cənub Qaz Dəhlizi” QSC - nin istiqrazlarının emissiyası prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmışdır. İstiqrazlar kütləvi satış üsulu ilə Bakı Fond Birjasında satışa çıxarılmış, alıcı tərəfi təmsil edən broker şirkəti olaraq InvestAZ investisiya şirkəti seçilmişdir. Emissiyanın ilkin buraxılışının tam həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu əldə etmişdir.

İstiqrazların emissiya həcmi 1 246 355 000 ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 12 463 550 ədəd, bir istiqrazın nominal dəyəri isə 100 ABŞ dolları təşkil edir. Bu Bakı Fond Birjasında həcminə görə keçirilmiş ən böyük əqddir.

İstiqrazların tədavül müddəti 720 gün, 6 ayda istiqraz üzrə gəlirlilik Libor +1% və faiz ödəniş dövrünün müddəti hər 6 aydan bir müəyyən olunub.

Qeyd edək ki, InvestAZ şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Kömitəsi tərəfindən broker və diler fəaliyyəti üzrə lisenziya almış investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.