QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
InvestAZ ilə 5.5%-lik gəlir imkanı
26.02.2020 11:28
XƏBƏRLƏR

İnvest-AZ istiqrazlarının yerləşdirilməsi davam edir

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC hər birinin nominal dəyəri 1,000 (bir min) ABŞ dolları olan 2,000 (iki min) ədəd sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar buraxmışdır. Buraxılış həcmi 2,000,000 (iki milyon) ABŞ dolları olan istiqrazların yerləşdirilməsinə 16 dekabr 2019-cu il tarixindən başlanılmışdır. İllik 5.5% gəlirliklə buraxılmış istiqrazların tədavül müddəti 1 ildir və faizlər hər 3 təqvim ayından bir ödəniləcəkdir. İstiqrazlar üzrə ilk kupon ödənişi tarixi 16 mart 2020-ci ildir.  İnvest-AZ İnvestisiya Şirkəti QSC ölkədə öz istiqrazlarını emissiya edən ilk və yeganə İnvestisiya Şirkətidir.

Maraqlı şəxslər istiqrazların əldə edilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi 11/31 ünvanında yerləşən "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-yə müraciət edə bilərlər.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA