QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
InvestAZ koronavirusla mübarizəyə dəstək oldu.
24.03.2020 12:00
XƏBƏRLƏR

InvestAZ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürdü.

InvestAZ İnvestisiya Şirkəti QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul etmiş və vəsait köçürülmüşdür. 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA