MEDİADA İNVESTAZ

Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.

Artıq Azərbaycanda kriptovalyutalar və qlobal şirkət səhmləri ilə ticarət etmək mümkün olacaq!

24.04.2020 13:00

Kriptovalyuta və Səhm bazarına yatırım imkanı

Azərbaycan investorlarının çoxdan gözlədiyi an artıq yetişdi!

InvestAZ investisiya şirkəti bütün müştərilərinə kriptovalyutalarla sərbəst ticarət imkanı yaratdı. Belə ki, ticarət platformasında valyuta və əmtəələrlə yanaşı məşhur kriptovalyutalar - Bitcoin / US Dollar (BTCUSD), Etherium / US Dollar (ETHUSD), Litecoin / US Dollar (LTCUSD), Ripple / US Dollar (XRPUSD), Bitcoin Cash / US Dollar (BCHUSD) ilə də ticarət edə biləcəksiniz. 

Bununla yanaşı InvestAZ investisiya şirkətinin təqdim etdiyi daha bir üstünlük ilə investorlar vəsaitlərini qlobal birjalara çıxararaq faydalana biləcəklər. Artıq InvestAZ platformalarından Amerika səhm bazarının iştirakçısı olmaq imkanınız vardır. Məşhur dünya şirkətlərinin - “Ferrari N.V.”, “Amazon Com Inc”, “Twitter Inc”, “Ford Motor Co”, “Nike” və s. səhmlərindən faydalanaraq vəsaitlərinizi dəyərləndirmə fürsətinə sahib olacaqsınız  

Bütün bu üstünlüklərdən yararlanmaq üçün sizə sadəcə internetə bağlı kompüter və ya mobil cihaz lazımdır. InvestAZ investor və MetaTrader 4 platformaları ilə qlobal valyuta, əmtəə, kriptovalyuta və səhm bazarları artıq sizə bir klik qədər yaxındır.

15 ildən çoxdur ki, fəaliyyət göstərən InvestAZ İnvestisiya şirkəti hər zaman Azərbaycan investorlarının Dünya Maliyyə Bazarlarındakı aktivlərə yatırım imkanını genişləndirməyi hədəf bilmişdir. İnvestisiya fəaliyyətinin göstərilməsi üzrə müddətsiz lisenziyaya malik olan InvestAZ investisiya şirkəti, Maliyyə vasitəçiliyi (Brokerage), İnvestisiya bankçılığı (İnvestment Banking), Portfel İdarəçiliyi (Asset Managment), Marja Ticarəti (FOREX), Tədris kimi xidmətləri investorlara təqdim etməkdədir. Daim yeniliklərə imza atan şirkət bu siyasətə sadiq qalaraq kriptovalyuta və səhm bazarında ticarət fürsətini artıq yatırımçıların ixtiyarına verdi.