Bakı Avrasiya Universitetində seminar baş tutub.
09.11.2019 16:00
XƏBƏRLƏR

InvestAZ-ın tələbələrlə növbəti seminarı

"İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin əməkdaşları Bakı Avrasiya Universitetinin (BAAU) iqtisadiyyat üzrə təhsil alan tələbələr ilə görüşüblər.

Universitetdə təşkil olunan tədbirdə BAAU-nun dosenti, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Seyfullayev gələcəyin iqtisadçıları olacaq hər bir tələbənin dünyanın maliyyə bazarlarında cərəyan edən proseslər və ona təsir edən amillər haqqında bilikli olmasının zəruriliyini vurğulayıb. O deyib: “Bu dayanıqlı inkişaf və maliyyə sabitliyinin qorunması üçün vacib sahədir”.

Image title

Sonra “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin təhsil üzrə meneceri Rövşən Məmmədov “Maliyyə bazarlarında praktiki vəziyyət” mövzusunda geniş məlumat verib. R.Məmmədov çıxışı zamanı birjalar, birjaların növləri, birjaların iştirakçıları, birjada ticarətin növləri, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanları, marjinal ticarət, kredit çiyni, “Meta Trader 4” ticarət proqramı, “Best İnvestor”  və s. məsələləri geniş şərh edib. O, nəzəri fikirlərini praktik misallarla izah edərək maliyyə bazarlarının idarə edilməsi və orada baş verən silkələnmələrə təsir edən amillərin qiymətləndirilməsi ilə bağlı indikatorları da açıqlayıb.

Image title


Sonda tələbələrin suallarına cavab verilib.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA