InvestAZ şirkəti “Şəffaf vergi partnyorluğu” statusuna layiq görüldü
16.05.2018 11:00
XƏBƏRLƏR
InvestAZ şirkəti “Şəffaf vergi partnyorluğu” statusuna layiq görüldü

InvestAZ investisiya şirkəti Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyoru” statusuna layiq görülüb.

Partnyor ödəyici statusu almaq üçün vergi ödəyicisi, vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərin sayını və onlar üzrə müəyyən olunan əmək haqlarını düzgün bəyan etməli, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparmalı, gücləndirilmiş elektron imzaya sahib olmalı və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verməklə fəaliyyətində vergi qanunvericiliyinin tələblərinə ciddi əməl edən nümunəvi vergi ödəyicisi olmalıdır.

InvestAZ investisiya şirkəti 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir. Şirkət, Azərbaycanla yanaşı öz fəaliyyətini dünyanın bir neçə ölkəsində genişləndirərək dünya maliyyə bazarlarında öz yerini tutmaq istiqamətində inamla irəliləməkdədir.


Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA