QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

PULSUZ Başlanğıc seminarı

Pulsuz Qatıl


InvestU Tədris Cədvəli

Başlanğıc səviyyədən peşəkar səviyyəyədək geniş çeşidli tədris proqramlarımızı seçərək, effektiv investisiya tədrisi alın.


Hər kəs bir investordur.

Təbiətdəki bütün canlıları fərdi investor hesab edirik. Nizamın içərisindəki nizama və nizamsızlığın içərisindəki nizama baxır, investorun lazımi anda, lazım olduğu yerdə, doğru qərar verməsini təmin edirik. InvestAZ ailəsi olaraq bir sənət hesab etdiyimiz yatırımı Sizin simanızda bütün investorlara təqdim edirik.


Başlanğıcdan peşəkar səviyyəyədək kurslar.

FOREX-in əsaslarından başlayaraq, Texniki analiz, Elliot Dalğa nəzəriyyəsi və Xaos nəzəriyyəsinə qədər tədris kurslarımızla tanış olun, bazar haqqında ətraflı məlumatlar alaraq uğurlu yatırımlara doğru irəliləyin.


Yatırımda tədrisin vacibliyini anlayırıq.

FOREX bazarı qazanclı investisiya fürsətləri təqdim etməsi ilə bərabər müəyyən risk daşıyıcısıdır. InvestAZ olaraq, investorlarımızı Maliyyə bazarları mövzusunda təlimatlandırmaq və uğurlu yatırımlar etmələri məqsədi ilə müxtəlif tədris proqramları təklif edirik.

ZAMAN
1 Saat
2 Saat
3 Saat
4 Saat
5 Saat
6 Saat
7 Saat
Peşəkar
Təcrübəli
Başlanğıc
BİLİK
İştirakçı:
  • 10 EWs Elliot Dalğası
    MÜDDƏT:
    4 HƏFTƏ
    DAVAMİYYƏT:
    10 saat
    SERTİFİKAT:
    BƏLİ
    DİNLƏYİCİ:
    TREYDER
    QİYMƏT:

    Μ 499 (ƏDV daxil)

    Birjalarda qiymət dəyişiklikləri nə qədər qarışıq görünsə də hər zaman müəyyən qanunauyğunluqları qorumaqdadır.


    Elliot Dalğa Nəzəriyyəsini öyrənərək birjalardakı kütlə psixologiyasını anlamaqla gələcək dəyişiklik istiqamətlərini peşəkar səviyyədə proqnozlaşdıra bilərsiniz.

    Davamı
  • 16 CHAOS Xaos Nəzəriyyəsi
    MÜDDƏT:
    5 HƏFTƏ
    DAVAMİYYƏT:
    16 saat
    SERTİFİKAT:
    BƏLİ
    DİNLƏYİCİ:
    TREYDER
    QİYMƏT:

    Μ 1499 (ƏDV DAXİL)

    Xaos nəzəriyyəsinin tətbiqi ilə peşəkarlara keçirilən kurs sayəsində ticarət fəaliyyətinizdəki tərəddüdlərdən, qorxu hissindən və yanlış qənaətlərdən azad ola bilərsiniz.


    Məhz bu kurs Sizə Maliyyə Bazarlarında yeni bir dünya açacaqdır; Elə bir dünya ki, qiymət dəyişiklikləri Sizə nə etmək lazım olduğunu özləri söyləyəcəkdir.

    Davamı
  • 36 QKB İxtisas İmtahanları
    MÜDDƏT:
    12 HƏFTƏ
    DAVAMİYYƏT:
    36 saat
    SERTİFİKAT:
    BƏLİ
    DİNLƏYİCİ:
    KORPORATİV
    QİYMƏT:

    Μ 999 (ƏDV DAXİL)

    Azərbaycanda qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə başlamaq istəyən hər bir fiziki şəxs çalışdığı şirkət vasitəsilə attestasiyadan keçməlidir.


    Bu kurs Sizin ixtisas şəhadətnaməsinin alınması üçün lazım olan attestasiya imtahanlarına ən qısa zamanda və effektiv şəkildə hazırlaşmağınızı və yüksək nəticə əldə etməyinizi təmin edəcək.

    Davamı
  • 3 FNDM Fundamental Analiz
    MÜDDƏT:

    2 HƏFTƏ

    DAVAMİYYƏT:
    3 saat
    SERTİFİKAT:
    XEYR
    DİNLƏYİCİ:
    TREYDER
    QİYMƏT:

    Μ 79 (ƏDV DAXİL)

    Fundamental analizə həsr olunmuş bu kursda dinləyicilərə ümümi iqtisadi göstəricilərdən istifadə edərək Maliyyə Bazarlarının proqnozlaşdırılması və dünyada baş verən hadisələrin düzgün qiymətləndirilməsi tədris olunmaqdadır.

    Davamı
  • 9 RISK Risk Menecment
    MÜDDƏT:
    2 HƏFTƏ
    DAVAMİYYƏT:
    9 saat
    SERTİFİKAT:
    BƏLİ
    DİNLƏYİCİ:
    KORPORATİV
    QİYMƏT:

    Μ 299 (ƏDV DAXİL)

    İstər günlük həyatımızda, istər iş şəraitində, istərsə də Maliyyə Bazarlarında tutduğumuz mövqe əməliyyatlarımızın xüsusiyyətləri və təhlillərimizdən asılı olaraq müəyyən risklərə məruz qalırıq.


    Bu risklərin mənşəyi, azaldılması və ya köçürülməsi yolları haqqında dərsləri məhz bu kursda ala bilərsiniz.

    Davamı
  • 13 INVST Investor
    MÜDDƏT:
    4 HƏFTƏ
    DAVAMİYYƏT:
    13 saat
    SERTİFİKAT:
    XEYR
    DİNLƏYİCİ:
    İNVESTOR
    QİYMƏT:

    Μ 499 (ƏDV DAXİL)

    Peşəsindən, yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq hər kəs investor ola bilər.

    Bu kursda Sizə investisiya üstünlükləri, hansı yol ilə investor ola biləcəyiniz, Sizin gəlirlilik istəyinizin risklərinizə bağlılığı və hələ kəşf etmədiyiniz investisiya yolları haqqında ətraflı məlumat veriləcəkdir.

    Davamı
  • 10 TECH Texniki Analiz
    MÜDDƏT:
    5 HƏFTƏ
    DAVAMİYYƏT:
    10 saat
    SERTİFİKAT:
    BƏLİ
    DİNLƏYİCİ:
    TREYDER
    QİYMƏT:

    Μ 399 (ƏDV DAXİL)

    Texniki analiz kursuna qatılan dinləyicilərə qrafik və riyazi metodla yanaşı, peşəkar səviyyədə Yapon Şamlarının tətbiqi öyrədiləcəkdir.


    Kurs iştirakçıları Elliot Dalğa Nəzəriyyəsi və Bill Vilyamsın indikatorları ilə ticarət strategiyalarının qısa təqdimatı ilə də tanış olacaqlar.

    Davamı
  • INFO Başlanğıc Seminarı
    MÜDDƏT:
    1 saat
    DAVAMİYYƏT:
    1 saat
    SERTİFİKAT:
    XEYR
    DİNLƏYİCİ:
    TREYDER
    QİYMƏT:
    Μ 0

    Başlanğıc Seminarına qatılaraq Maliyyə Bazarlarının geniş imkanları haqqında ətraflı məlumat ala bilərsiniz.


    İnvestAZ şirkətinin Beynəlxalq Maliyyə Bazarları üzrə təqdim etdiyi xidmətlərlə əyani tanış olaraq sərmayə artımınız üçün fərqli gəlir imkanlarını kəşf edin!

    Davamı
  • 5 TP Ticarət Praktikası
    MÜDDƏT:
    2 HƏFTƏ
    DAVAMİYYƏT:
    5 saat
    SERTİFİKAT:
    BƏLİ
    DİNLƏYİCİ:
    TREYDER
    QİYMƏT:

    Μ 199 (ƏDV DAXİL)

    Ticarət Praktikası kursu maliyyə alətləri üzrə hazırda ticarət edən, və ya gələcəkdə ticarət etməyi planlaşdıran treyderlər üçün analitik üsulların praktiki tətbiqini öyrədən tədris proqramıdır. Mövcud təhlil yollarının praktikasını təqdim etməklə, kurs bazarın vəziyyətini daha dəqiq və sürətli təyin edib proqnoz etmək bacarığını formalaşdırır.

    Davamı
  • 6 CPTL Kapitallaşma
    MÜDDƏT:
    2 HƏFTƏ
    DAVAMİYYƏT:
    6 saat
    SERTİFİKAT:
    BƏLİ
    DİNLƏYİCİ:
    KORPORATİV
    QİYMƏT:

    Μ 299 (ƏDV DAXİL)

    Tədrisin məqsədi Azərbaycandakı şirkətlərə kütləvi emissiyanın (IPO) üstünlüklərini, onlara qatacağı dəyəri və korporativləşmədə rolunu izah etmək, habelə İnvestAZ şirkətinin vasitəsi ilə bu şirkətlərə kross-listinq imkanı tanıyaraq həm Azərbaycanda, həm də xaricdən kapitalı cəlb etməyin yollarını izah etməkdir.


    Kurs iştirakçıları Elliot Dalğa Nəzəriyyəsi və Bill Vilyamsın indikatorları ilə ticarət strategiyalarının qısa təqdimatı ilə də tanış olacaqlar.

    Davamı
  • 10 UNVR Universal Treyder
    MÜDDƏT:
    4 HƏFTƏ
    DAVAMİYYƏT:
    10 saat
    SERTİFİKAT:
    BƏLİ
    DİNLƏYİCİ:
    TREYDER
    QİYMƏT:

    Μ 199 (ƏDV DAXİL)

    Universal Treyder kursu fundamental və texniki analiz metodlarından istifadəni oyrədərək Maliyyə Bazarlarında uğur əldə etmək istəyən şəxslər üçün hazırlanmış tədris proqramıdır.


    Real birja ticarətində böyük təcrübəyə malik mütəxəssislərdən alacağınız biliklərlə uğurlu ticarətin sirlərini öyrənin.

    Davamı

Yeni başlayanlar üçün İnvestisiya kursları.

İnvestisiya etmək qərarına gəlsəniz belə, hələ ki Maliyyə bazarları üzrə yetərli təcrübəniz yoxdur. İNFO, FNDM, TECH və UNVR kurslarına qatılaraq, Siz də yatırımlarınızı effektiv şəkildə idarə etməyin sirrlərini öyrənə bilərsiniz.

Yatırım təcrübəsini artırmaq istəyənlərə.

Maliyyə savadınız varsa, lakin təcrübənizi artırararq biliklərinizi praktikada sınaqdan keçirmək istəyirsinizsə, TP, İNVST kurslarından birini seçə bilərsiniz.

Peşəkar investorlara.

Bir çox uğurlu investorların istifadə etdikləri analiz üsullarının köməyi ilə, özünüzdə analitik düşüncə qabiliyyəti formalaşdıraraq, yatırımlarınızı fərqli baxış bucağı altında istiqamətləndirə bilərsiniz.


Pulsuz Başlanğıc seminarı ilə Yatırım dünyasına addım atın.

InvestAZ Mərkəz ofisimizin tədris salonunda izahlı təqdimatlar vasitəsilə həyata keçirilən peşəkar tədrislərə qatılaraq, yatırıma ilk addımınızı inamla atın.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234