QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

İSTİFADƏ TƏLİMATI

METATRADER 4

MT4 İstifadə təlimatı

FAQ

Bu məlumatları dostlarınla paylaş

METATRADER 4 TEZ-TEZ VERİLƏN SUALLAR

  • Ticarət əmrini həyata keçirə bilməməyinizin səbəbi internet bağlantısı kəsilməsi ola bilər. Əgər ekranın sağ tərəfində “Bağlantı yoxdur” (No Internet Access) yazılmışsa, internet bağlantısı kəsilmişdir deməkdir.

  • Hesabınıza daxil ola bilmirsinizsə, hesab nömrəsi və ya şifrəniz yanlış olal bilər. Əgər ekranın sağ alt tərəfində “Yanlış Hesab” (Wrong Account) yazısı çıxırsa, o zaman əsas menyudan “Fayl” (File) bölməsinə daxil olub, oradan “Ticarət Hesabına Giriş” (Login To Trade Account) bölməsini seçib bir daha cəhd edin.

  • Yanlış serverlə bağlantı qurduğunuz zaman, əsas menyuda yerləşən “Fayl” (File) bölməsinə daxil olaraq “Ticarət Hesabına Giriş” (Login To Trade Account) submenyusunu klikləyin və server olaraq “InvestAZ Server”-ni seçin.

  • Ticarət əmri açmaq istədiyiniz valyuta cütlüyünün qeyri-aktivliyi, həmin maliyyə alətinin ticarət saatının bağlı olması və ya tətil günləri ilə əlaqəli ola bilər.

  • Ticarət əmri daxil edərkən “Kifayət qədər vəsaitiniz yoxdur” xəbərdarlığı çıxırsa, bu ticarət əmri açmaq üçün kifayət qədər vəsaitinizin olmaması deməkdir. Bunun üçün lot miqdarını yoxlamağınızı xahiş edirik. Sərbəst təminatınızdan daha çox məbləğ tələb edən bir mövqe açmağa çalışırsınız.

  • Bazar müşahidəsində bəzi valyuta cütlüklərini aradan qaldırmaq istəyirsinizsə, ekran üzərində sağ klik edin və "Çaprazlar"ı (Crosess) əmrini seçin. Gizlətmək istədiyiniz valyuta cütlüklərini seçin və “Gizlət” (Hide) düyməsini basın.

  • Bazar müşahidə ekranı, terminal və ya naviqator bölümlərindən biri bağlanıbsa, əsas menyudan görüntüsünü açmaq istədiyiniz bölməni seçməklə, yenidən aça bilərsiniz.

  • Qrafik pəncərəsinin bağlanmasında, qrafikini görmək istədiyiniz valyuta cütlüyünün üzərində sağ klik edib, “Qrafik Pəncərəsi” (Chart Window) bölməsinə klik edərək qrafiki yenidən izləyə bilərsiniz.

+

NECƏ YATIRIMÇI OLA BİLƏRƏM?

Sizi InvestAZ yatırım dünyası ilə tanış olmağa dəvət edirik. Aşağıda qeyd olunan addımları izləyərək elə indi yatırımçı olmağa ilk addımlarınızı ata bilərsiniz.

  • InvestAZ Demo hesabınız ilə 5 fərqli Forex Demo hesabı aça bilər, hər birində ayrı strategiyalar ilə əməliyyat həyata keçirə bilərsiniz.

  • Hesabınızda olan 100 000 $ virtual məbləğ ilə heç bir risk etmədən əməliyyat edə bilərsiniz.

  • İstədiyiniz vaxt Real hesaba asanlıqla keçə bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234