QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının tədbiri
24.12.2014 11:00
XƏBƏRLƏR

AFBİA-nın tədbiri keçirilmişdir

 
24 dekabr 2014-cü il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) bu gün “Gələcəyə baxış” adlı tədbir keçirmişdir. Tədbirdə AFBİA-nın İdarə Heyətinin sədri Ceyhun İbrahimov görülmüş işlər və 2015-ci ilin hədəfləri barədə məlumat verib. O qeyd edib ki, assosiasiyanın əsas məqsədi peşəkar iştirakçılar ilə tənzimləyici orqan olan QKDK və ticarətin təşkilatçısı olan Bakı Fond Birjası arasında körpü rolunu oynamaqdır: “Bu gün biz bazarın problemlərini ayrı-ayrılıqda çox yaxşı bilirik. Lakin müzakirələrin birgə şəkildə aparılmaması, təkliflərin irəli sürülməməsi bəzi problemlərin gec, bəzən də heç həll olunmamasına gətirib çıxardır. Assosiasiya peşəkar iştirakçıların, xüsusilə də brokerlərin görüş yeri, fikir mübadiləsi aparacağı bir ünvana çevriləcəkdir”. Hədəflərdən söz açan Ceyhun İbrahimov bildirdi ki, gələn il üzv olmayan digər broker şirkətlərinin üzvlüyə qəbul edilməsi, assosiasiyanı peşəkar iştirakçıların müzakirə platformasına çevrilməsinə nail olmaq, assosiasiyanın işlək mexanizminin təmin olunması, broker, diler peşələrinin və qiymətli kağızlar bazarının imicinin doğru şəkildə formalaşdırılması, kapital bazarlarına dair maarifləndirmə və peşəkar hazırlığın yüksəldilməsi, fərdi investorların bazara marağını artıracaq təşviqatın aparılması və peşəkar iştirakçıların riayət edəcəkləri Etik Kodeksin müəyyən olunması əsas hədəflərdir. Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və Nəzarət Şöbəsinin müdiri Cavid Nəzərov “Qiymətli kağızlar bazarının yeni arxitekturası”, Komitənin Tədqiqatlar və Bazarın İnkişafı şöbəsinin müdiri Nurlan Fətullayev “Qiymətli Kağızlar Bazarında yeni vergi təşəbbüsləri”, Bakı Fond Birjasının Biznesin İnkişafı Departamentinin direktoru Abdulla İsayev “Bakı Fond Birjasının yeni listinq qaydaları” adlı təqdimatlar ilə çıxış ediblər.Tədbirdə brokerlərin yeni qanunvericilik, listinq tələbləri, vergi təşəbbüsləri ilə əlaqədar sualları cavablandırılıb. Tədbirin sonunda Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının yeni loqosu və veb saytı təqdim olunub.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA