QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

İşləyən broker assosiasiyasına ehtiyac var

03.07.2014 11:00
XƏBƏRLƏR

Brokerlərin işləyən assosiasiyaya ehtiyacı var

Azərbaycandakı brokerlərin işləyən assosiasiyaya ehtiyacı var.

Azərbaycanda fəaliyyət göstərən broker şirkətləri və Bakı Fond Birjası artıq, Azərbaycan Brokerlər Assosasiyasının aktiv fəaliyyətinin bərpasının vaxtı gəlib çatdığını düşünürlər.

“Marja”nın məlumatına görə, bu fikri iyunun 27-də broker şirkətlərinin birgə görüşündə InvestAZ, Texnika Kapital Menecment və Çelsi Kapital kimi broker şirkətləri və Bakı Fond Birjasının sədri Fariz Əzizov dəstəkləyiblər.

Brokerlər qeyd edib ki, Azərbaycandakı brokerlərin işləyən assosiasiysına ehtiyacı var. Bazarın inkişafı, problemlərin həll edilməsi üçün broker şirkətlərinin əlaqələndirilməsi, onların təkliflərinin dövlət orqanlarına çatdırılması üçün Assosiasiyanın aktiv fəaliyyəti zəruridir. Assosiasiya səviyyəsində yeni qanunlar işləyib hazırlamaqla brokerlərin qarşısına çıxan çətinlikləri aradan qaldırmaq olar.

Görüşdə iştirak edən Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov bildirib ki, artıq brokerlərin assosiasiyası mövcuddur və onun aktivləşdirməyin vaxtı gəlib çatıb.

Elşən Quliyev əlavə edib ki, InvestAZ şirkəti yer, texniki və kadr imkanlarını Azərbaycan Brokerlər Assosiasiyasının aktiv fəaliyyəti üçün ayırmağa hazırdır. “Biz problemlərimizi bilirik, indi həmin problemləri bir-bir sıralayıb həll etməyin zamanıdır”, - o əlavə edib.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA