Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
InvestAZ-ın reklam siması, həmyerlimiz Ramil Quliyev daha bir rekorda imza atıb
InvestAZ-ın reklam kampaniyasının siması olan Ramil Quliyev Atletika üzrə Avropa Çempionatında 200 metr məsafəni 19.76 saniyəlik rekord nəticə ilə qət edərək qızıl medala sahib olub.
Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayaraq çempion olub.
Qeyd edək ki, Ramil Quliyev ötən il Londonda keçirilən Dünya Çempionatında eyni məsafəni 20.09 saniyəyə qət edərək dünya çempionu olmuşdur.