SONRAKI MƏQALƏ
İnvest-AZ İnvestisiya Şirkəti QSC 2018-ci il avqust ayında səhmdarı olduğu Bakı Fond Birjası QSC-dəki payını artırmışdır. Səhmdarlardan birinin özünə aid səhmləri satışa çıxarması ilə əlaqədar təşkil olunmuş alıcının müəyyən edilməsi prosesində İnvestAZ şirkəti ən yüksək qiymət təklifi verərək təklif olunan səhmlərin tam hissəsini əldə etmişdir. Bununla da şirkətin Bakı Fond Birjasındakı payı 9.52%-ə çatmış və şirkət Birjanın iki ən böyük səhmdarından birinə çevrilmişdir. Bakı Fond Birjasında səhm payının artırılması şirkətin 2016 – 2020 strateji inkşaf planının tərkib hissəsidir.
OXŞAR XƏBƏRLƏR