InvestAZ şirkəti "Yay Kampaniyası"-na start verdi!
InvestAZ şirkəti 01 İyul - 31 Avqust tarixləri arasında "İstirahət hər kəsin haqqıdır!" devizi altında "Yay Kampaniyası"-na start verdi.
Bu tarixlərdə keçiriləcək kampaniya müddətində hər bir müştəri aktiv yatırım edərək gəlir qazanmaqla yanaşı, Türkiyədə ecazkar yay tətilini keçirə bilər.
Qeyd olunan şərtləri yerinə yetirərək qalib ola bilərsiniz.
1. Kampaniyaya qatılmaq üçün İnvestAZ şirkətinin ofisindən və ya rəsmi internet səhifəsindən qeydiyyatdan keçin.
2. İştirakçı Qrupunuza uyğun təyin edilmiş həftəlik ticarət missiyalarını uğurla həyata keçirin.
3. Minimum 4 həftə aktiv ticarət əməliyyatları həyata keçirdikdən sonra bizə müraciət edin.
4. Topladığınız xallara uyğun olaraq istirahət paketlərindən birinə sahib olun və Türkiyədə ecazkar yay tətili keçirin.