Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan yerli və xarici şirkətlər üçün ilk dəfə olaraq valyuta risklərinin idarə olunması imkanı yaradılıb.
"Avtosalonlardan tutmuş ərzaq ixracçılarına qədər"
“Maliyyə bazarlarında qarşılıqlı əməliyyatların açılması” adlı xidmətdən xaricdən ölkəyə mal idxal edən və yaxud istehsal etdiyi malı xarici bazara çıxaran bütün şirkətlər istifadə edə bilərlər. Söhbət avtomobil salonlarının sahiblərindən tutmuş, ərzaq məhsullarının idxalı və ixracı ilə məşğul olan, xarici valyutalarla maliyyə əməliyyatları aparan bütün şirkətlərdən gedir.
Xidmətin sayəsində şirkətlər ayrı-ayrı valyuta növlərinin azı 1-3 ay müddətində məzənnəsinin dəyişməsi nəticəsində üzləşə biləcəkləri itkidən özlərini qoruya biləcəklər.
35 milyon rubl 1 milyon dollar deyilmiş.
Şirkət yeni xidmətin mahiyyətini və üstünlüklərini belə izah edib: "Tutaq ki, Azərbaycanda hər hansı bir məhsulun ixracı ilə məşğul olan şirkət qonşu Rusiyaya 1 milyon dollarlıq mal göndərib. Şirkət satışdan əldə edəcəyi gəliri dollarla nəzərdə tutsa da, mal Rusiya bazarında istənilən halda rus rubluna satılacaq. Rusiya Mərkəzi Bankının bu günkü məzənnəsini nəzərə alsaq, malın satışından əldə olunan gəlir təxminən 35 milyon rubl etməlidir. Amma heç kim zəmanət verə bilməz ki, satış müddətində rus rublunun məzənnəsi sabit qalacaq. Yəni, malın satışına başlananda 1 dollar 35 rub olsa da, sonradan dolların məzənnəsi artıb, məsələn 37 rubl ola bilər. Belə olsa, satışdan əldə olunan gəliri dollara çevirəndə bu artıq 1 milyon dollar yox, 946 min dollar olacaq. Bu da o deməkdir ki, şirkət gözlədiyi gəlirdən 54 min dollar itirəcək.
Məhz belə xoşagəlməz vəziyyətdən qaçmaq üçün InvestAZ şirkəti “Maliyyə bazarlarında qarşılıqlı əməliyyatların açılması” xidməti şirkətlərin köməyinə gələ bilər. Yəni, şirkət satış müddətindəki risklərini idarə etmək üçün InvestAZ-da hesab açır və dövriyyədə olan 1 milyon dollara uyğun olaraq məbləğin 10-da 1-i hesaba yerləşdirir. Satış başa çatdıqdan sonra əgər rubl ucuzlaşarsa, yəni Rusiyada dollar bahalaşarsa onda məzənnə fərqindən yaranan itki birjalarda icra olunmuş qarşılıqlı əməliyyat nəticəsində kompensasiya edilir.
Əks proses baş versə, yəni Rusiyada dollar ucuzlaşarsa onda satışdan əlavə qazanılmış gəlir hesabına, açılan qarşılıqlı əməliyyat nəticəsində yaranan zərər kompensasiya olunur. Əsas nəticə isə o olur ki, şirkət valyuta risklərindən özünü qoruyur.
"Avtomobili almaq sərfəlidir, yoxsa satmaq?"
Bu xidmətdən Azərbaycana xaricdən mal idxal edənlər də faydalana bilərlər. Məsələn, Azərbaycanda xarici avtomobillərin satışı ilə məşğul olan avtosalonlar. Belə avtosalonlar Almaniyadan Azərbaycana satmaq üçün gətirdikləri avtomobillərin pulunu avro ilə ödəsələr də, ölkə daxilində bu avtomobilləri manatla satılır. Deməli, satış müddətində avronun məzənnəsi dəyişsə, məsələn, daha dəqiq desək, avro bahalaşsa sahibkar itki ilə üzləşə bilər. Çünki satışdan manatla əldə olunan vəsaiti avroya çevirəndə gözlənilən məbləğ alınmayacaq. Doğrudur, belə halda avtosalonlar vəziyyətdən çıxmaq üçün maşınların qiymətini artıra bilərlər, amma bu da alıcıların azalmasına səbəb olacaq. Odur ki, avro ilə bağlı risklərin idarə olunması vacibdir.
Eyni sözü yapon yeni haqqında da demək olar. Aydın məsələdir ki, Yaponiyadan alınan avtomobillərə görə ödəniş həmin maşınların Azərbaycanda neçəyə satılmasından asılı olmayaraq tam məbləğdə, yapon yeni ilə həyata keçirilməlidir. Yapon ieni isə dünyanın ən qeyri-sabit valyutalarından biri sayılır - deməli məzənnə ilə bağlı problem hər an yarana bilər.
Ən sürüşkən valyutalar - avro, rubl və yendir.
Yeri gəlmişkən, InvestAZ mütəxəsislərinin fikrincə, maliyyə bazarlarında ən çox qeyri-sabitlik avro, rus rublu və yapon yeni kimi valyutalarda hiss olunur. Ona görə də, “Maliyyə bazarlarında qarşılıqlı əməliyyatların açılması” xidməti məhz bu valyutalarla əməliyyat aparan iş adamları üçün daha vacibdir.
Valyuta risklərinə görə itkinin məbləği və buna görə xidmət haqqı valyutanın məzənnəsinin nə dərəcədə qeyri-sabit olmasından asılıdır. Məsələn, Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, bu ilin 1-ci rübündə Azərbaycanda 1 ABŞ dolları dəyərini cəmi 0,0002 manat itirdiyi halda (0,7845 manatdan 0,7843-ə manata düşüb), 1 Avro 0,0091 manat bahalaşıb (1,0691 manatdan 1,0849 manata qalxıb). Rusiya rublu 0,0236 manatdan 0,0219 manata qədər (0,0017 manat) ucuzlaşıb, 100 yapon yeni isə 0,7514 manatdan 0,7623 manata qədər (0,0109 manat) bahalaşıb. Göründüyü kimi, 2014-cü ilin ilk 3 ayı ərzində ən ciddi dəyişiklik avronun məzənnəsində qeydə alınıb. Deməli, Avropa İttifaqı ölkələri ilə ticarət əməliyyatları aparan sahibkarların maliyyə itkisinə məruz qalması ehtimalı daha yüksəkdir.
Təhlükədən qorunmaq üçün iki yol
Belə risklərdən qorunmaq üçün InvestAZ şirkətlərə iki 2 variant təklif edir. Birinci halda, risklərin idarə olunması ilə birbaşa InvestAZ özü məşğul olur. Şirkət rezerv vəsaitin əldə olunmasında birbaşa iştirak edir və valyuta risklərini özü idarə edir.
Şirkət bunun müqabilində dövriyyə məbləğinin 1-1,5%-i qədər InvestAZ şirkətinə komisyon haqqı ödəyir. Halbuki, şirkətin itkisi ödədiyi komisyon haqqı ilə müqayisədə 5-10 dəfə çox ola bilərdi.
2-ci variantda isə müştərilər öz risklərini özləri idarə edirlər. Bunun üçün InvestAZ şirkətinin mütəxəssisləri həmin şirkətin əməkdaşlarına riskin idarə olunması ilə bağlı təlimlər keçir və onlara maliyyə əməliyatları aparmaq üçün texniki dəstək verir.
Hər 2 variantda InvestAZ qarşılıqlı əməliyyat icra edərək valyuta risklərindən qorunmağın bir çox əlavə üstünlükləridə mövcuddur.
Misal üçün maliyyə bazarında 1 milyon dollar rezerv saxlamaq üçün bu məbləğin cəmi 1-5%-i depozit kimi qoymaqla, kredit çiynindən istifadə etmək mümkündür. Yəni, “Maliyyə bazarlarında qarşılıqlı əməliyyatlarım açılması” xidməti sizi alternativ şəkildə dollar almaq üçün pulu haradan tapmaq qayğısından da azad edir. Hər iki halda, hətta risklərini özü idarə etdiyi halda da müştəri InvestAZ dəstəyini hiss edir.
Ən iri 100 şirkət müştərimiz olacaq.
Yeri gəlmişkən, yerli və xarici şirkətlər yeni xidmətə böyük maraq göstərməyə başlayıblar. InvestAZ mütəxəssislərinin sözlərinə görə, sahibkarlarla aparılan ilk görüşlərdə və təqdimatlarda yeni xidmətə nə qədər böyük ehtiyac olduğu məlum olub. InvestAZ ilin sonunadək Azərbaycanın xarici ticarətlə məşğul olan ən iri 100 şirkətini yeni xidmətlə əhatə etməyi planlaşdırır.