QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
Yeni interfeysli InvestOR platforması
24.11.2014 11:00
XƏBƏRLƏR

InvestOR platforması artıq Yeni interfeyslə

InvestAZ şirkəti 2014-cü ilin “Ən yaxşı Maliyyə Ticarət platforması” adına layiq görülmüş InvestOR platformasının iOS əməliyyat sistemi istifadəçiləri üçün yeni tətbiqini (application) təqdim etdi.

Yeni interfeysli InvestOR platforması vaxtına qənaət etməklə, sərbəst vəsaitlərini tək yerdən idarə etmək istəyən investorlar üçün maliyyə dünyasında yeni bir səhifə açmışdır. İnvestorların investisiyalarla bağlı bütün tələblərinə cavab verən platforma əməliyyatların icrasında tamamilə yeni bir istiqamət açır və istifadəçinin platforma ilə daha sıx əlaqəsini təmin edir. Premium dizayn standartlarına cavab verən platforma, yeni praktik imkanlar təqdim edən funksiyalara malikdir. Belə ki, istər treyderlər istərsə də uzun müddətli investorlar platforma vasitəsilə məcmu aktivlərini, sərbəst vəsaitlərini və yatırımda olan vəsaitlərini rahat şəkildə izləyə bilərlər. Bundan əlavə istifadəçilərə yatırım etdikləri maliyyə alətləri üzrə son yenilənmə tarixlərini, balanslarını, sərbəst marja və kapitallarını görə bilmək imkanı yaradılıb. Platforma, istifadəçilərin istənilən yerdən sərbəst ticarət edə bilmələri üçün InvestAZ MT4 ticarət platforması və istənilən an hesaba mədaxil və ya hesabdan məxaric əməliyyatları həyata keçirmək üçün Mədaxil/Məxaric funksiyaları ilə təchiz edilmişdir. Platformanın alt menyusunda yerləşən Cüzdan funksiyası vasitəsilə istifadəçilər vəsaitlərini istənilən 5 müxtəlif valyutalarda (Manat, Dollar, Avro, Lirə, Funt) görə bilərlər. Azərbaycan, İngilis, Rus və Türk dillərində olan platforma rahatlığı, sadəliyi və təhlükəsizliyi ilə maliyyə dünyasında yeni bir istiqamət açmışdır.

Qeyd edək ki, dünya maliyyə bazarında ən yeni funksionallıqlarla təchiz edilmiş platformalardan birini təqdim edən InvestAZ şirkəti, investisiya dünyasına daim yeni mobil innovasiyalar gətirmək üzərində çalışır.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA