Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
İnvestAZ İnvestisiya Şirkəti, "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi ilə birgə Lənkəran Dövlət Universitetində “Maliyyə bazarlarında praktik fəalyyət” mövzusunda seminar keçirmişdir.
Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisadiyyat elmləri namizədi, dosent Gülbəniz Əliyeva Azərbaycan Respublikası Prezidentinin 16 May 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramından, onun icrası istiqamətində görülən işlərdən söz açıb. Bildirib ki, respublikamız bazar iqtisadiyyatı şəraitində inkişaf edən, qeyri-neft sektorunun inkişafını xüsusi prioritet seçən, şaxələndirilmiş iqtisadiyyata və gələcək perspektivlər üçün çox fərqli biznes sektorlarının inkişafında maraqlı olan bir ölkədir. Ölkədə qeyri-neft sektorunun inkişafına diqqət çəkən Gülbəniz Əliyeva tələbələrə bu istiqamətdə daha çox bilik və bacarıqlara yiyələnmələrini tövsiyyə edib.
Seminarda tələbələrə ümumilikdə maliyyə bazarları, o cümlədən, birjanın növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verilib, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, analitik təhlil üsulları barədə danışılıb.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi edilib.