QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
InvestAZ mobil tətbiqi yeniləndi.
16.10.2019 10:00
PRESS RELİZLƏR

Yatırım indi daha rahat, daha funksional!

Daha funksional, daha sadə, daha rahat. InvestAZ investor platformasını sizin üçün yenilədik! 

Son dövrlərdə mobil telefonlarda təqdim olunan bir sıra texnoloji yeniliklər, dünyanın istənilən yerindən yatırım etmək fürsətlərini əlçatan hala gətirdi.  InvestAZ investisiya şirkəti investorların rahat yatırım etmə imkanını əsas götürərək InvestAZ investor platformasının mobil tətbiqini yenilədi. Bu yeniliklərdə əsas hədəflərdən biri də yatırım dünyasına yeni bir impuls qazandırmaqdır. 

Yatırım etmək indi daha rahat

Maliyyə bazarlarında 100-dən artıq alətə yatırım etmək imkanı yaradan InvestAZ investisiya şirkəti yenilədiyi investor platforması ilə istifadəçilərə vəsaitlərini sürətli və rahat şəkildə idarə etməyi vəd edir.

“İlk gündən bəri hədəfimiz yatırımı sadələşdirərək, hər kəsin asanlıqla anlaya biləcəyi bir hala gətirmək” olduğunu söyləyən InvestAZ, yenilədiyi mobil tətbiqdə bir sıra yeniliklər etməyi bacardı. Bütün yatırımlarınızı tək ekrana gətirərək, indi internetin olduğu istənilən yerdən vəsaitlərinizi asanlıqla idarə edə və dəyər qata bilərsiniz.

Təkminləşmiş, təhlükəsiz interfeys

InvestAZ-ın önəm verdiyi məsələlərdən biri də müştəri məlumat güvənliliyidir. Bunları əsas götürərək yenilənən investor platforması Avropa standartlarında “GDPR”-a tam uyğun infrasturktura sahibdir. Yenilənən mobil tətbiqdə barmaq izi oxuyucu və şəxsi şifrə ilə yatırımlarınız mobil telefonunuzda tam güvəndədir. 

Hesab açmadan istifadə edə biləcəyiniz ödənişsiz üstünlüklər

Heç bir qeydiyyat etmədən və hesab açmadan InvestAZ mobil platforması ilə bir sıra üstünlüklərdən yararlana biləcəksiniz.
Anlıq olaraq manat, dollar, avro, funt və digər valyutaların qiymətlərini görə konvertasiya edə bilərsiniz. Bundan başqa qiymətli metalların cari qiymətlərini, qrafiklərini izləyə və çeviricilərindən yararlana bilərsiniz. InvestAZ tərəfindən hazırlanan analizlər və xəbərlər bölməsindən də asanlıqla istifadə etmə imkanınız mövcuddur. Sadalanan bu üstünlüklər tamamən ödənişsizdir və heç bir  qeydiyyata ehtiyac yoxdur. 

Real və təlim hesabı bir arada

Yenilənən platformanın üstünlüklərindən biri də Real və Təlim hesabının bir tətbiqdə olmasıdır. Belə ki, Real hesabdan tək toxunuşla "Təlim Hesabı"-na (Demo hesaba) keçərək virtual məbləğ ilə real bazar şərtləri altında istədiyiniz qədər əməliyyat edə, fərqli strategiyalar tətbiq edərək təcrübə toplaya bilərsiniz. 

Mədaxil və Məxaric əməliyyatlarını asanlaşdıran təkminləşdirilmiş interfeys

Yenilənmiş platformada bank kartlarınız vasitəsilə həftənin 7 günü, günün istənilən saatı öz hesabınıza asanlıqla mədaxil edə və ticarətinizi daha da effektivləşdirə bilərsiniz. Bundan başqa Cari hesabınızı bank köçürməsi, həmçinin "eManat" və ya "MilliÖN" ödəniş terminalları vasitəsilə də artırmaq imkanınız var.

InvestAZ-ın investorlar üçün təqdim etdiyi  “INVESTOR card”-la isə çox asanlıqla mədaxil və məxaric əməliyyatlarınızı icra edə bilərsiniz. 

Dünya birjalarına tək toxunuşla çıxış imkanı

InvestAZ investor platformasında tək klik ilə dünyanın ən məşhur ticarət platforması - MetaTrader 4 platformasına daxil olaraq dünya birjalarında öz vəsaitlərinizi dəyərləndirə bilərsiniz. 


“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA