QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ
Yeni InvestOR platformasında mühəndislik gücü
08.05.2014 11:00
PRESS RELİZLƏR

Yeni interfeysli InvestOR platforması

InvestAZ şirkəti, hər kəsin bir investor olmasını və yatırımla bağlı arzularını daha da reallaşdırması üçün yeni interfeysli InvestOR plaformasını təqdim etdi. Müxtəlif növ investisiya alətlərini vahid hesab vasitəsilə bir məkandan idarə olunmasının arxasında duran güclü mühəndislik və geniş texniki imkanlar bu interfeysdə öz əksini tapmışdır. Əməliyyatların daha rahat və sürətli icrasına imkan yaradan yeni interfeys istifadəçilərin rahatlığı üçün təmiz və yığcam şəkildə hazırlanmışdır. Yeni interfeysli platforma istifadəçilərə məcmu kapitalı ilə yanaşı sərbəst və yatırımda olan vəsaitləri eyni anda bir ekranda görməyə imkan verir. İstifadəçilər yeni interfeysli platformada vəsaitlərini 5 ən çox istifadə olunan valyutalarda daim dəyişən məzənnələrlə görə bilərlər. Şirkət yarana biləcək sualların peşəkar komandamız tərəfindən cavablandırılması üçün DƏSTƏK funksiyasını da əlavə etmişdir. İnvestorların və investor olmaq istəyən şəxslərin arzuları yeni interfeyslə daha da asanlaşacaq.

İstifadəçilər multifunksional interaktiv InvestOR platformasının plastik kartları vasitəsilə mədaxil/məxaric əməliyyatlarının keçirilməsi, elektron ödəniş formaları, bank köçürmələri, hesabdan çıxarış kimi üstünlüklərindən faydalana bilərlər.

İnvestisiya dünyasında yenilik gətirən platformanın imkanları bununla bitmir. Platforma:

  • Bir hesabdan FX, CFD, Səhmlər, İstiqrazlar və digər maliyyə alətləri ilə ticarət;

  • Əsas cari hesabın hər bir investisiya aləti üzrə subhesablara bölünməsi;

  • Nəticələrin istər əsas hesabda cəm şəklində, istərsə də hər bir investisiya aləti üzrə ayrı-ayrı sub hesablarda göstərilməsi;

  • BFB, BİS və dünyanın bir çox maliyyə bazarlarına birbaşa qoşulma imkanı;

  • Sürətli və komissiyasız 7/24 Mədaxil / Məxaric;

  • Müxtəlif növ investisiya alətlərinə aid hesablar arasında dərhal və komissiyasız köçürmə imkanı;

  • Ümumi pul axının izahlı xülasəsi;

  • Müxtəlif ticarət platformaları bir məkanda;

  • Hesab haqqında analitik çıxarışlar;

  • Müştəri məlumatlarının məxfiliyinin qorunması kimi özəllikləri özündə birləşdirir.

Qeyd edək ki, istifadəçilər multifunksional interaktiv İNVESTOR platformasının plastik kartları vasitəsilə mədaxil/məxaric əməliyyatlarının keçirilməsi, elektron ödəniş formaları, bank köçürmələri, hesabdan çıxarış kimi üstünlüklərindən faydalana bilərlər.

InvestAZ şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar Dövlət Kömitəsi tərəfindən lisenziyalaşdırılmış investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA