InvestAZ şirkətindən daha bir korporativ əməkdaşlıq
03.08.2015 10:00
XƏBƏRLƏR
InvestAZ şirkətindən daha bir korporativ əməkdaşlıq

Azərbaycanda fərdi investorların sayının artırılması və korporativ investisiya vasitələrin inkişafı istiqamətində fəaliyyət göstərən InvestAZ, bank olmayan kredit təşkilatı ilə əməkdaşlığa başladı. Korporativ yatırım sahəsində “KredAqro” QSC -nin istiqrazlarının yerləşdirilməsində anderrayter qismində çıxış edən şirkət, ümumilikdə 3 milyon (üç milyon) manat həcmində istiqraz buraxılışını həyata keçirəcək. Yaxın günlərdə Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılacaq istiqrazların miqdarı 12 000 (on iki min), bir ədədinin nominal dəyəri isə 250 (iki yüz əlli) AZN-dir.

Yeni emissiya olunacaq qiymətli kağızların emissiya prospektinin hazırlanması, qeydiyyata alınması, buraxılışı və digər maliyyə broker xidmətləri üzrə fəaliyyət göstərən InvestAZ şirkəti Azərbaycanda tam lisenziyalaşmış investisiya şirkətidir.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA