FOREX, dünyanın ən yüksək likvidliyə sahib bazarıdır. Bəs bu likvidliyi yaradan amillər hansılardır? İstədiyiniz zaman qoşulub və ya çıxa biləcəyiniz FOREX bazarında ticarət etmək üçün geniş seçiminiz mövcuddur. Qızıl, gümüş kimi əmtəələr, istiqraz, fond indeksləri kimi qiymətli kağızlar və ən əsası valyutalarla ticarət etmək imkanınız var. Məsələn: zərgərliklə məşğul olursunuzsa, gümüş və qızıl bazarında baş verənlərdən xəbərdar olmaq Sizə üstünlük gətirə bilər. Lakin bununla yanaşı valyuta məzənnələrindəki dəyişikliklərdən də məlumatlı olmalısınız. Hətta
xəzinə vekselləri və istiqrazlara yatırım edən bazar iştirakçıları belə uğurlu strategiya qurmaq üçün valyutalarda baş verənləri təqib edirlər. Bir sözlə bu bazarda ortaq nöqtə valyuta məzənnələridir.