FOREX, heç zaman işini şansa buraxanların uğur qazandığı bir maliyyə bazarı olmamışdır. Əksinə, beynəlxalq maliyyə bazarına nə qədər dərindən yiyələnib, dəyişiklikləri yaxından təqib edib, iqtisadi məlumatların necə nəticələnəcəyini analiz edib, bazarın riskli və gəlirli nöqtələrini müəyyən edə bilsəniz,bir o qədər gəlir əldə edə bilərsiniz. FOREX maliyyə bazarında uğura aparan yol Təlim hesabında təcrübə keçməkdən başlayır.
Səhmlərin qiymətləri hər şirkət üçün fərqlilik göstərən bir çox elementin bir araya gəlməsi ilə müəyyən edilir. Ancaq hələ də "səhmlərin qiymətləri necə müəyyən olunur" sualına cavab tapmamışıq. Səhmlərin ticarətində baş verən eniş və yüksəlişləri doğru şəkildə analiz edə bilmək üçün ilk öncə tələb və təklifin tarazlılığına baxmaq lazımdır.
Dünyanın ən böyük və ən yüksək likvidliyə malik FOREX bazarına olan maraq hər ötən gün artmağa davam edir. Bununla yanaşı, FOREX bazarıhaqqında hələ də kifayət qədər məlumat və təcrübəsi olmayanlar bu sahənin etibarlı və ya etibarsız olub olmaması ilə bağlı əfsanələrə inanmaqda davam edirlər.
Hər bir maliyyə bazarında olduğu kimi FOREX bazarında da risk amili mövcuddur. Kredit çiyni dəstəyi vasitəsilə yüksək gəlir əldə etmək imkanı əlbəttə ki, FOREX-in ən cəlbedici üstünlüyüdür. Bu sahədə risk ancaq vəsaitlərin düzgün idarə edilmədiyi zaman əmələ gələ bilər. Bir bazar iştirakçısı kimi maliyyə bazarı haqqında nə qədər dərin biliklərə sahib olsanız, iqtisadi məlumatlara hisslərinizlə deyil məntiqinizlə analiz edib əməliyyatlar icra etsəniz, riskinizi bir o qədər minimuma endirmiş olarsınız. Qısası, FOREX bazarında risk səviyyəsi, bazar iştirakçısının bilik səviyyəsinə və təcrübəsi ilə tərs mütənasibdir.
Hər hansı bir sahəyə investisiya etməzdən əvvəl hər birimizin ağlında bir hədəf olur. Bu hədəfin ən kobud forması "mənfəət əldə etmək" olsa da, buna bir az açıqlama gətirməyimiz lazımdır. Hansı müddətə, nə qədər gəlir əldə etmək istədiyinizi ortaya qoyub, maliyyə alətləri barədə ətraflı məlumata sahibi olduqdan və üzərinizə düşəcək risk səviyyəsini müəyyən etdikdən sonra, vəsaitlərinizə istiqamət verməyiniz məqsədəuyğundur. Qısası, portfel idarəçiliyinə keçmədən əvvəl vəsaitlərinizi, yatırım məbləğinizi, yatırım müddətini və risk səviyyəsindən ibarət olan 3 əsas amili nəzərdə tutmağınız lazımdır.
Vəsaitlərinizi dəyərləndirmək üçün maliyyə bazarlarında ticarət etməyə qərar verdiniz. Hansı maliyyə aləti, hansı hədəflərlə yatırımedəcəyinizi müəyyənləşdirdinizmi? Ticarət etməklə bağlı qərar verdikdən sonra diqqət etməli olduğunuz məqamlar:
Gündəlik həyatımızda hər hansı bir alış satış işləri həyata keçirməzdən öncə bir çox faktorlara diqqət edirik. Məsələn mobil telefon almaq istəyərkən ilk öncə gözləntilərimizi müəyyən edir və telefon modellərini araşdırdıqdan sonra gözləntilərimizə uyğun gələnini seçməyə çalışırıq. Eyni prosesi yatırım dünyasına daxil olarkən də etməyimiz lazımdır. Maliyyə alətlərini ayrı-ayrılıqda incələyib, iqtisadi məlumatları izləməklə ticarət strategiyanızı müəyyən edirsinizsə, demək "Müvəffəqiyyətli İnvestor" olmaq üçün uğurlu addımlar atırsınız.
Fərqli sahə və fəaliyyət göstərən müxtəlif şirkətlər sayəsində səhmlər bir çox investorlar üçün hələdə gəlir maliyyə aləti olmağa davam edir. Xalqa açıq olan şirkətlərin satışa çıxardığı qiymətli kağız olan səhmlər, investisiya portfelinizi genişləndirmək üçün ən yaxşı seçimdir. Gəlirdən pay almağınızı təmin etməklə yanaşı, səsvermə hüququ və idarəetmədə iştirak etmək kimi xüsusiyyətləri də olan qiymətli kağızların alqı-satqısını həyata keçirərək yatırımlarınızı asanlıqla qiymətləndirə bilərsiniz. Necə?
Kiçik bir daxil ilə başlayan vəsait idarə etmə macəramız, indi bank hesabları, maliyyə bazarları və müxtəlif investisiya alətləri ilə birlikdə davam edir. Bu hekayədə dəyişməyən bir hissə varsa, o da biz insanların təbii instinklərlə vəsait toplamağa çalışması və bununla da gələcəklərini sığortalamalarıdır. Uşaq yaşlarından vəsait toplamaq vərdişini adət halına çevirən insanların dəyişkən iqtisadi vəziyyətlərdə maliyyə tarazlıqlarını daha asan qoruduqlarının hamımız şahidi olmuşuq. Bəs bu vərdişi uşaqlarımıza necə ötürə bilərik?
İnternetin həyatımıza daxil olması və yayılması ilə birlikdə sürətlə inkişaf edən FOREX bazarı da təbii olaraq bir çox sualı da özü ilə bərabər gətirdi. Bir şans oyunu kimi yanaşıb əməliyyatlarında zərər ilə üzləşənlər, hər yaşanan böyük itgidə FOREX bazarının bir şans oyunu olduğuna dair şayiələri yaymağa başladılar.

