Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
128-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
129-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
123-cü Konkurs
Konkurs 123-cü Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 08-04-2019 08:00:00
Bitmə Tarixi 04-05-2019 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
347
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
12%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 53%
SELL 47%
Ölkələr üzrə
Azərbaycan: 95%
Türkiyə: 2%
Malayziya: 1%
İran: 0%

Bu konkursun iştirakçıları

Elchin Ibadov InvestScore: 4.80
Faiz
367 %
Gəlir
$ 14 024.00
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 123-cü Best InvestOR müsabiqəsində BİRİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Əvvəla təşkilatçılara öz təşəkkürümü bildirirəm. Best İnvestOR yarışması böyük praktika məktəbidi və inanıram çox iştirakçılar mənimlə razılaşar. Bu müsabiqənin qalibi olmaq isə çox sevindiricidir.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Azərbaycanda tanınımış audit və mühasibat xidmətləri göstərən şirkətlərin birinin əməkdaşıyam və artıq 2007-ci ildən maliyyə bazarlarını izləyirəm. Ciddi naliyyətlərim olmasa da inanıram ki, yaxın gələcəkdə zəhmətimin bəhrəsini görəcəm. Öyrənməyi və bir işə başlayanda ona iradəli şəkildə davam etməyi xoşlayıram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- FOREX-lə tanışlığım Orxan adlı qrup yoldaşımın sayəsində oldu və bu sahənin məni çəkən hissəsi valyutalar, dünya bazarına çıxış, elektron ticarət və hər nə qədər uğurlu olsan belə həmişə nələrisə öyrənməli olmağımızdır. Çox geniş bir sahədir, həm də maraqlıdır.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bundan qabaqki ən yuxarı nəticəm konkur ikincisi olmağımdır.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Texniki analizlərə üstünlük verirəm. Fundamental xəbərləri isə əsas işimlə əlaqədar tam izləyə bilmirəm, amma bazara çox ciddi təsirləri olduğundan xəbərdaram.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli çoxsaylı uğursuz əməliyyatlarım və real maddi itkilərim olub. İnanıram ki hər məğlubiyyət daha yüksəkdə olan nailiyyətlərə çatmaq üçün bir geri dartılmadır. Bir müddət özümə sakitçilik verib yenidən öyrənməyə davam edirəm.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- İlk həftələrdə növbəti konkursa qaldı deyə fikirləşdim. Amma axırıncı həftə konkursda irəlidə olan iştirakçıların az əməliyyat açdığını izləyib daha da həvəsləndim və məlum olduğu kimi konkursun ən axırıncı günün sonuna yaxın ilk pilləyə qalxdım.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Bu qarşımda olan böyük naliyyət və hədəflərin ən birinci pilləsidi. Daha böyük arzularımı İnvestaz-la reallaşdırmaq istəyirəm.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Bazarı texniki və fundamental izləmək, səbr və əməliyyatlarda səbrli olmaq, oxumaq, səhvlərdən nəticə çıxarmaq, real maddi itkinin yaratdığı hissi öyrənmək və onun mənfi nəticələr verməməsini idarə etməyi praktika etmək.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Real hesablarla ticarət aparan və uğurlara imza atan treyderlərlə qaliblərin görüşü, onlarla söhbətlər, hətta mümkün olan təqdirdə facebook və ya whatsapp qrupların təşkili və fikir bölüşmələrinin təşkili.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz

- Müsabiqə iştirakçılarına uğur arzulayır və təşkilatçılara öz təşəkkürümü bildirirəm.
Nurlan Rzayev InvestScore: 4.50
Faiz
360 %
Gəlir
$ 13 824.11
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 123-cü Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbrik üçün təşəkkür edirəm. Ölkənin ən güclü kapital idarəçilərini seçmək üçün yaratdığınız şərait təqdirəlayiqdir. Müsabiqə boyunca güclülərin savaşında disiplin, yanaşma tərzi, bazara baxış bucağı, iradə, psixoloji faktorlar, səbr və fundamental biliklər sınağa çəkildi. Əsas diqqətimi gəlirdən çox riskləri idarə etməyə yönəltmişdim, ona görə müsabiqənin son günləri liderliyi cüzi fərqlə əldən verdim. Hər zaman güclü qalib olur, ilk yerin sahibini də təbrik edirəm.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Rzayev Nurlan Nemət oğlu, Bakıda doğulmuşam, şahmat üzrə idman ustasıyam. 2008-ci ildən maliyyə birjaları ilə məşğulam. Musiqini sevirəm, skripaçam.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Bir film izləyərkən təsadüfən marağıma səbəb oldu, qazanc əldə etməkdən daha çox prosesin işləmə prinsipini öyrənməkdə maraqlı idim.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Daha sıx məşğul olmadığım üçün uğurlu nəticələr olmamışdı.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- İntuitiv yanaşma

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Xeyr


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Buna hətta ehtimal deməzdim, sanki 1-ci yeri qarantiləmişdim kimi yanaşırdım, qismət.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Xeyr


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Artıq başlayıblar…))


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Real hesablar üzərindən olaraq mükafat şərtlərinin daha uyğun olmasını.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz.

- Sadəcə təşəkkürlər.
Eltun Ibrahimov InvestScore: 3.00
Faiz
269 %
Gəlir
$ 11 090.66
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 123-cü Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Çox sağolun. Ölkəmizdəki treyderlərə belə bir imkanı yaratdığınız üçün sizə təşəkkürümü bildirirəm.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- 32 yaşım var. Tədqiqatçıyam. Maliyyə və kredit ixtisası üzrə Azərbaycan Kooperasiya Universitetində bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsinə yiyələnmişəm. Eyni zamanda iqtisad üzrə elmlər namizədiyəm.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Nəzərə alsaq ki, forex ixtisasımla birbaşa əlaqəlidir buna görə də mənim üçün hər zaman maraqlı olubdur. Qrafiklərlə ilk tanışlığım isə 2010-cu ildən başlayır.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bəli əvvəlllər də iştirak etmişəm. Bundan öncəki müsabiqədə ilk 9-luğa düşə bilmişdim.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Forex çox geniş, əhatəli, eyni zamanda riskli sahədir. Ona görə də kompleks yanaşma tələb edir. Əslində uzunmüddətli və orta müddətli əməliyyatlara üstünlük verirəm. Lakin təbii ki, yarışmada bəzi istisnalar olmalıdır. Çünki müsabiqə daha çox gedişlər və maksimum diqqət tələb edir. Əsasən dalğa nəzəriyyəsindən, Qannın bəzi metodlarından və bir neçə bazar fiqurlarından istifadə edirəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli uğursuzluqlar olub. Lakin bunları özüm üçün maneə hesab etməmişəm


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Ehtimal etmirdim, hiss edirdim. Konkursla bağlı mənə göndərilən login və parol mail adresimin spam bölümünə düşdüyündən gec görmüşdüm. Buna görə də sonun xeyirli olacağına inanırdım


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Nəzərə alsaq ki, yarışmaya iki həftə gec başlamışam, qismən də olsa qane edir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Öz üzərinizdə daim işləyin, səbrli olun və uğursuzluqlardan qorxmayın. Maliyyə qrafikləri dünya iqtisadiyyatın və siyasətinin güzgüsüdür. Bu sahə sizdə daim özünüzə inam, kimsədən asılı olmamaq hissi formalaşdıracaq və dünyada gedən prosesləri yaxşı başa düşməyə imkan yaradacaq.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hər şey çox yaxşı təşkil olunubdur. Lakin kiçik bir əlavə etmək istərdim. Hər ilin sonunda il boyunca yer tutmuş iştirakçılar arasında müsabiqə keçirmək və “ilin ən yaxşı birincisi, ikincisi, üçüncüsü” nü seçmək məncə yenilik olardı.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz.

- Təşkilatçılara öz minnətdarlığımı bildirirəm. İştirakçılara da qarşıdakı yarışmalarda uğurlar arzu edirəm.
Sıra İştirakçı Kapital InvestCafe