Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
119-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
95ci Konkurs
Konkurs 95-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 11-01-2016 08:00:00
Bitmə Tarixi 06-02-2016 02:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
546
İŞTİRAKÇI SAYI
15 021
ƏMƏLİYYAT SAYI
22 687
ÜMUMİ LOT SAYI
388.8 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
0%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 100%
SELL 0%
Ölkələr üzrə
Azərbaycan: 91%
Pakistan: 4%
İndoneziya: 2%
Ukrayna: 1%

Bu konkursun iştirakçıları

Rashad Kamranli InvestScore: 4.60
Faiz
2135 %
Gəlir
$ 67 076.32
Tutduğu yer
Müsahibəni oxu
İlk öncə 94-cü Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Birinci növbədə, hər ay belə bir maraqlı müsabiqə təşkil etdiyiniz üçün InvestAZ ailəsinə təşəkkür edirem. 4 həftəlik mübarizədə bu qədər iştirakçı arasından 1-ci yerə nail olmaq, çox sevindirici hissdir.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- İqtisad Universitetinin maliyyə fakultəsini bitirmişəm. Hal-hazirda da İqtisad Universitetində MBA üzrə təhsil alıram.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forex-lə ilkin tanışlığım sosial şəbəkədə olub. Daha sonra bu sahə üzrə ətraflı maraqlanmışam ve Forex-ə daha da marağım artdi. Artiq 1 ildir Forex-lə məşğulam. Bu sahənin ən mükəmməl tərəfi odur ki, istədiyin yerdə və istədiyin qədər gəlir əldə edə bilirsən. Ən böyük marağımın səbəbi də elə budur.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Sözün düzü, öncəki müsabiqələrdə ilk 3-lükdə qalib gəlməsəm də, yüksək nailiyyətlərim olub, lakin səbirsizlik üzündən təəssüfki qazandığımı itirmişəm :)

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

- Əvvəllər indiqatorlardan isdifadə etsəm də, son zamanlar bazarı qrafiklərin hərəkətləri əsasında hiss edərək əməliyyat etməyi üstün tuturam. Mence də, ən düzü budur.

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən, texniki analizdən isdifadə edirəm, amma bəzən fundamental analizə də diqqət edirəm.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli, təbii ki, amma insan gərək heç vaxt ümidini itirməsin və uğur qazanacağına inansın. Konkurs bunu mene bir daha subut etdi.

8. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Bəli, bu konkurs başlayanda buna çox inanirdim və qalib gəlməyi qarşıma məqsəd qoymuşdum.

9. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Xeyr, etmir, çünki bundan daha böyük nəticə əldə edə bilərdim, buna heç şübhəm yoxdur.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- İlk öncə səbirli olmaqlarını, tələsməməyi məsləhət görürəm və bir də, tamahkarlıq etməsinlər.

11. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Müsabiqəni daha da maraqlı etmək üçün bəzi yeniliklər etmək olar, amma yenə də hər şey yaxşıdır.

12. Sonda müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Əvvəldə qeyd etdiyim kimi, InvestAZ ailəsinə və onun rəhbərliyinə, belə bir müsabiqə təşkil etdiklərinə görə, təşəkkür edirem. Əsas təşəkkürüm isə mənə psixoloji cəhətdən həmişə dəstək olan Səbinə Bağırovaya dərin minnətdarlığımı bildirirəm. InvestAZ şirkətinə də uğurlar arzu edirəm. İstirakçilara da yalnız məsləhətim budur ki, səbirli olsunlar və həvəsdən düşməsinlər. Təşəkkürlər.
Elchin Ibadov InvestScore: 4.35
Faiz
1213 %
Gəlir
$ 39 416.65
Tutduğu yer
Müsahibəni oxu
Maarif Memmedov InvestScore: 3.90
Faiz
547 %
Gəlir
$ 19 421.90
Tutduğu yer
Müsahibəni oxu
Sıra İştirakçı Kapital InvestCafe

Diskvalifikasiya olunan iştirakçılar

Sıra İştirakçı Kapital
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018