ŞİRKƏT RƏHBƏRİNİN MÜRACİƏTİ

Elsan Guliyev


InvestAZ, Azərbaycan investisiya bazarını inkişaf etdirmək və bu bazara yeniliklər gətirmək məqsədi ilə yaradılmışdır.

Şirkət gələcək ehtiyaclarını qarşılamaq üçün insan resurslarını və texnoloji infrastrukturunu inkişaf etdirmişdir.

Ölkəmiz gənc, bacarıqlı və təşəbbüskar insan kapitalına malikdir. Bu özü özlüyündə ölkədə iqtisadiyyatın bütün sahələrində inkişafı təşviq edən faktor sayılır. Neft kapitalının real bazar iqtisadiyyatına qatdığı dəyər, ümumilikdə inkişaf potensialını daha da çoxaldır. Paralel inkişafın kapital bazarında da hiss olunması üçün fәrdi investor kütlәsinin vә bazar hәcmlәrinin arzu olunan sәviyyәyә çatması lazımdır.

Buna baxmayaraq investisiya dünyasındakı inkişafın nәticәsi olaraq, insanlar bir-­birindәn fәrqli investisiya vasitәlәri ilә tanış olmaqda davam edir. Bu inkişaf istər fərdi insanların həyatına, istərsə də ölkə iqtisadiyyatına müsbət təsir göstərir.

İnvestisiya dilini sadələşdirməklə fərdləri cəsarətləndirmək, yaxşı təlim keçmiş investorlar yetişdirmək InvestAZ şirkətinin hədəfidir.

Fərdi investor sayını artırmaq və korporativ investisiya vasitələrinə olan marağı oyatmaqla şirkətin, başlıca məqsədlərindən biri Azərbaycanı dünyanın maliyyə mərkəzlərindən birinə çevirməkdir.

InvestAZ, bütün əməkdaşları ilə birlikdə bu məqsədə yönəlmiş fəaliyyətini davam etdirir və davam etdirəcəkdir.



Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234