Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
120-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
121-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
122-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
99cu Konkurs
Konkurs 99-cu Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 27-06-2016 08:00:00
Bitmə Tarixi 23-07-2016 02:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
607
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
3%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 50%
SELL 50%
Ölkələr üzrə
Azərbaycan: 92%
İndoneziya: 3%
Hindistan: 2%
Malayziya: 1%

Bu konkursun iştirakçıları

Faiz
1975 %
Gəlir
$ 62 277.89
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə 99-cu Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- İlk növbədə Sizə öz minnətdarlığımı bildirirəm. Birinci yeri tutacağım ağlımdan belə keçmirdi, çünki bir neçə dəfə sizin təşkil etdiyiniz müsabiqələrdə iştirak etmişəm, amma yaxşı nəticə əldə edə bilməmişəm. Bu mənim ilk qalibiyyətim deyil, əslində ilk dəfə "MuganBankın" təşkil etdiyi müsabiqədə ikinci yer əldə edə bilmişəm. Mənə zəng edib deyəndə ki, birinci yeri tutmusuz hedsiz dərəcədə sevindim.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Mən Cəbrayılova Çinarə 1982-ci ildə 12 martda anadan olmuşam. Ali təhsilliyəm. İxtisasca “tarix-ictimaiyyət”-çiyəm. Hal-hazırda Bakı şəhəri Yasamal rayonunda yerləşən 173 saylı tam orta məktəbdə Təlim-Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıram. Ailəliyəm, iki övladım var.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Əslində, ilk dəfə yoldaşım özünə hesab açmışdı. O, işdə olarkən mən özbaşına əməliyyat apardım və onun həftə ərzində oynuyub qazandığını mən demək olar ki, bir saata qazana bildim və bu məndə maraq yaratdı.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Yuxarıda qeyd etdiyim kimi, demək olar ki, yüksək nəticə göstərə bilməmişəm, elə bu baxımından da qələbə qazanacaqıma ümüdüm belə yox idi.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

- Rahat deyə bilərəm ki, heç bir strategiyam yoxdur. Həftəlik və aylıq cədvəl üzrə analiz edirəm və oynayıram.

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Yox, olmayıb. Mən çox inadkar insanam və geri çəkilməyi sevmirəm. İstənilən halda təslim olmağı özümə yaraşdırmıram.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Qətiyyən, çünki oyunun əvvəlində uduzurdum demək olar ki.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Əlbətdə, qane edir. Bu indiki halda maksimum nəticədir.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Proqnoza baxıb oynamasınlar, öz intuisiyalarına inansınlar və oynasınlar. Heç vaxt təslim olmasınlar.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Məncə, hər şey yüksək səviyyədədir.

11. Sonda müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Eyni zamanda, mənə ilk zəng edən və birinci yerdə olduğumu bildirən əməkdaşınıza "çox sağolsun" deyirəm. İştirakçılara da uğurlar arzulayıram.
Teddy Prawoto InvestScore: 4.85
Faiz
629 %
Gəlir
$ 21 887.26
Tutduğu yer
Müsahibəni oxu
Faiz
622 %
Gəlir
$ 21 677.75
Tutduğu yer
Müsahibəni oxu
Sıra İştirakçı Kapital InvestCafe

Diskvalifikasiya olunan iştirakçılar

Sıra İştirakçı Kapital
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018