Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
112-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
108ci Konkurs
Konkurs 108-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 10-07-2017 08:00:00
Bitmə Tarixi 05-08-2017 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
469
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
23%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 55%
SELL 45%
Ölkələr üzrə
Azərbaycan: 95%
Hindistan: 1%
İndoneziya: 1%
Tailand: 1%

Bu konkursun iştirakçıları

Ilham Ahmadov InvestScore: 4.60
Faiz
1412 %
Gəlir
$ 45 363.03
Tutduğu yer
I yer: 2000 $
Müsahibəni oxu
1. İlk öncə 108-ci Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Çox saq olun. Belə bir müsabiqənin kecirilməsinə görə Sizə öz minnətdarliğımı bildirmək istəyirəm.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Hüquqsunasam. Amma artiq 10 ildir ki, həm də bu sahə ile maraqlanıram.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Tam olaraq maliyyə azadliqi əldə etmək həvəsi, mənim bir necə il bundan əvvəl bu sahə ilə maraqlanmaqıma səbəb oldu.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Əvvəlki müsabiqələrdə mən bir neçə dəfə qalib gəlməyə cox yaxın olsam da sonda imkanları əlimdən buraxmisam.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Fundamental və texniki analizlərin hər ikisinə üstünlük verirəm. Eyni zamanda, müxtəlif informasiya kanallarından daxil olan bütün gündəlik məlumatları toplayıram. Ticarət prinsiplerim sadedir: səbir, dözümlülük, inadkarlıq, özüne olan inam əməliyyatlarin acilmasi və idarə olunmasina kömək edən amillərdir.

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Xeyr. Mən yuxarıda qeyd etdiyim kimi uzun muddet bu sahe ile maraqlandığıma görə hec vaxt bele düsünməmisem. Çünki bilirem ki, həyatda uğur yalnız əmək və gərgin iş nəticəsində əldə olunur.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Bəli. Mən birinci dəfə konkursda istirak edəndə də bilirdim ki, qalib gəlcəyəm. Sadəcə hər bir hadisənin öz zamanı olduqu kimi mənim də qələbəmin zamani 108-ci konkursa təsadüf edir.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Əlbəttə. Dörd həftə gərgin iş nəticəsində əldə etdiyim vəsait hamıdan çox olmusdur. Bu mənim üçün böyük qələbədir.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Yeni baslayanlara məsləhət görərdim ki, oynayıb udmağı deyil, isləyib qazanmağı öyrənsinlər.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Müsabiqədə her sey yüksək səviyyədə təskil olunmusdur. Şərtlər tam uyğundur. Hər bir şeydən razıyam.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Mən bütün müsabiqə iştirakçilarına öz təşəkkürümü bildirirəm. Eyni zamanda, bundan sonrakı müsabiqələrdə uğurlar diləyirəm. Təskilatçılara bir daha öz minnətdarlığımi bildirirəm.
Rashad Hemidov InvestScore: 4.15
Faiz
676 %
Gəlir
$ 23 304.89
Tutduğu yer
II yer: 1000 $
Müsahibəni oxu
1. İlk öncə, 108-ci Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- InvestAZ şirkətinə təşəkkür edirəm.Yarış çox rəqabətli, lakin maraqlı keçdi.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Mən Həmidov Rəşad 1979-cu il 8 Avqust tarixində Bakı şəhərində anadan olmuşam. 2005-ci ildə Az.Dov.Iqtisad universitetinin Ümumi İqtisadiyyat fakültəsini bitirmişəm. 2006-cı ildən Bank sahesində çalışmışam. Hal-hazırda şəxsi biznesimi idarə edirəm.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Bu sahəyə marağım xəbərlərdəki birja məlumatlarını dinləməklə yaranıb.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- İlk yaxşı nəticəm 108-ci müsabiqədə olmuşdur.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Uzun müddətli ve qısa müddətli iqtisadi gostəricilərin sahəsində trendin müəyyənləşdirilməsi. Əsas istifadə etdiyim volatillik göstəricisidir.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Əvvəllər olub, amma bu iş bir az cürət tələb edir.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
- Edirdim.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Ümumilikdə edir, amma daha yaxşı nəticə gözləyirəm.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Məsləhətim bu olardi ki, təhlilə çox vaxt ayırsınlar.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hal-hazırkı sistem çox yaxşı işləyir ve ticarət platforması en yaxşı platformadır.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Hamıya uğurlar arzu edirəm və uğursuzluqla ruhdan düşməsinlər.
Faiz
366 %
Gəlir
$ 13 995.95
Tutduğu yer
III yer: 500 $
Müsahibəni oxu
1. İlk öncə 108-ci Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Bir ay davam edən bir marafonun mukafatçılarından biri olmaq çox sevindiricidir.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Uzun müddətdir forex-lə meşğul oluram ve inanıram ki, gələcəkdə çox uğurlu treyder-milyarderlerden biri olacağam.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- İqtisadi sahə üzrə ali təhsil almışam və maraq da burdan qaynaqlanır.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Demək olar ki, keçirdiyiniz bütün müsabiqələrdə iştirak edirem, bu ilk belə uğurumdur.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Gündaxili ticarətə üstünlük verirəm, amma hədəfi bəzən bir neçə gün gözleye bilirəm. Dəstək müqavimət xətlərindən istifadə edirəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli, çox olub, amma daha çox araşdırmaq ve oxumaq bu fikrimden döndərib.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Düzünü desəm yox, inanmırdım.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Məncə iştirakçıların say çoxluğuna baxanda kifayət qədər uğurlu nəticədir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Çox çetin sahədir, hər an özlərini təkmilləşdirməlidirlər.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Uzun müddətdir davam etməsi və iştirakçıların çoxluğu uğurlu bir təşkilatçılığın göstəricisidir. Hər şey əladır.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz:

- Gözəl təşkilatçılığa və təmiz rəqabətə görə təşəkkür edirəm.
Sıra İştirakçı Kapital InvestCafe
© 2017 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2017