Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
112-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
110cu Konkurs
Konkurs 110-cu Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 02-10-2017 08:00:00
Bitmə Tarixi 28-10-2017 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
548
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
29%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 58%
SELL 42%
Ölkələr üzrə
Azərbaycan: 95%
Hindistan: 1%
Malayziya: 1%
Misir: 1%

Bu konkursun iştirakçıları

Murad Aliyev InvestScore: 4.60
Faiz
1276 %
Gəlir
$ 41 298.24
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 110-cu Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız.

- Bu etapda mən öz məqsədimə çatdım və real pul qazanmağa hazıram.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Əliyev Murad Ağalar oğlu, 37 yaşım var.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Internet vasitəsi ilə 2008-ci ildə tanış oldum və Demo hesablarında özümü sınadım.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- 2010-cu ildə birinci yer tutmuşdum.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Texniki analiz.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Yox.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Əlli - Əlliyə

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Qanə edir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Diqqətli və uğurlu olsunlar.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hər şey qanə edir.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Sizə və iştirakçilara uğurlar arzu edirəm.
Faiz
703 %
Gəlir
$ 24 119.66
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 110-cu Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Sevincliyəm, bu sahədə uğur qazanmaq üçün mənə stimul verəcəyini düşünürəm.


2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- 03.03.1993 tarixində Astara rayonunda anadan olmuşam. Orta məktəbi Astara rayonunda bitirmişəm. 2010-2014 –cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi üzrə bakalavr təhsili almışam. 2015-2017–ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Qulluğunun təşkili və idarə edilməsi üzrə magistr təhsili almışam. Bakıda yaşayıram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- 2013-cü ildən etibarən forexlə maraqlanmağa başlamışam və pulun zaman dəyəri ilə itgiyə getməsinin qarşısını almaq və daha artlıq qazanmaq istəyi.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Daha öncəki konkurslar da yadda qalan nəticə olmayıb.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Yarışmada olduğumuz üçün konkret olaraq strategiyalardan tam qaydalarilə iştirak etmək düzgün deyil. Sadə indikatorlardan istifadə edirəm.

6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Xeyr.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Qalib olacağını düşünmədən yarışmaya başlamaq düzgün deyil.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Hədəf birinci olmaq idi.Qismən qane edir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- İtkilərini qaytarmaq üçün tələsməsinlər, yoxsa daha çox itirəcəklər.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Top 10-luqda ilk 3 yerdən əlavə 4-10 arası yerləri tutmuş iştirakçılar üçün həvəsləndirici mükafatlar təsis olunmasını istərdim.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Hərkəsə uğurlar arzu edirəm.
Reshad Ovchuyev InvestScore: 4.60
Faiz
673 %
Gəlir
$ 23 193.65
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 110-cu Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Belə bir müsabiqə təşkil etdiyiniz üçün öz təşəkkürlərimi bildirirəm.


2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- Ali təhsilliyəm. 10 ildən çoxdur ki elecktron pul vahidləri, köçürmələri ilə məşğulam.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Məşğul olduğum sahə elədir ki, Forex-lə istər istəməz maraqlanmalısan. İki ilə yaxındır bu sahəni öyrənməyə çalışıram.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Əvvəlki müsabiqələrdə nəticə əldə edə bilməsəm də təcrübə baxımından çox xeyri oldu.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən fundamental ve texniki analizə üstünlük verirəm. Bununla yanaşı dünyada baş verən ekonomik və siyasi olayları təqib etməyə çalışıram.


6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli. Dəfələrlə.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- 110-cu müsabiqədə ən azından ikinci ye rüçün iddialıi dim. Lakin son anda fürsəti qaçırdım.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Hər zaman daha irəliyə baxmaq lazımdır.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Bazarın əksinə getməsinlər, təhlil etsinlər bazarı. Bu iş biraz da səbr tələb edir.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hər şey yaxşıdır, mənim fikrimcə. Hal-hazırkı sistem yaxşı işləyir.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Yarışmacılara uğurlar arzulayıram. Təşkilatçılara da öz minnətdarlığımı bildirirəm. Çox sağ olun…
Sıra İştirakçı Kapital InvestCafe
© 2017 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2017