Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
115-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
116-cı Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
117-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
118-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
119-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
112ci Konkurs
Konkurs 112-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 25-12-2017 08:00:00
Bitmə Tarixi 20-01-2018 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
628
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
26%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 51%
SELL 49%
Ölkələr üzrə
Azərbaycan: 95%
İndoneziya: 2%
Türkiyə: 1%
Malayziya: 1%

Bu konkursun iştirakçıları

Samir Zeynalov InvestScore: 5.35
Faiz
545 %
Gəlir
$ 19 366.51
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 112-ci Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Çox şadam ki, istədiyim nəticəyə cata bilmişəm. Hər kəsə arzu edirəm ki, layiq olduğu nəticəyə çatsın.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Zeynalov Samir. Qubada dünyaya gəlmişəm, ali təhsilliyəm.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Təsadüf nəticəsində tanışlıq olub və gördüm ki, burada külli miqdarda valyuta oynuyur. Düşündüm ki, yoxlamağa dəyər.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- 109-cu turda 2-ci yerə layiq olmuşam.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən texniki analizlərlə əməliyyatları açıram.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli, dəfələrlə.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Bəli, bu, məqsədim idi.



8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Bundan yuxarı nəticə olmadığı üçün, beli.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Heç vaxt öyrənmədən risk etməsinlər. Güclü və zəif tərəflərini öyrənsinlər.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Mükafat məbləğinin daha da yüksək olmasını istərdim.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- İştirakçılara uğurlar arzu edirəm. Təşkilatçılara isə mükafat məbləğlərinə yeniden baxmaqlarını təklif edirəm.

RAFIQ MIKAYILOV InvestScore: 3.25
Faiz
499 %
Gəlir
$ 17 972.83
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 112-ci Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Çox sevincliyəm. Çoxdan gözlədiyim nəticəni əldə etdim.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Neft sahəsində çalışıram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- İnternet səhifələrindən tanış oldum və maraqlanmağa başladım.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bu ilk yüksək nəticəmdir.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Texniki analizlərdən və iqtisadi xəbərlərdən informasiyaları götürürəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Uğursuzluqlarım çox olub, amma səhvlərimi düzəldib davam etmişəm.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Hər dəfə müsabiqəyə başlayarkən, qalib olmağımı istəmişəm.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Bəli, edir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Səbirli olsunlar, iqtisadi xəbərləri izləsinlər.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Əgər mümkündürsə, bir həftəlik və bir günlük konkurslar təşkil edəsiniz.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Müsabiqə təşkilatçılarına təşəkkür edirəm və müsabiqə iştirakçılarına uğurlar arzulayıram.

Faiz
479 %
Gəlir
$ 17 390.03
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 112-ci Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Çox sevindim.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Tikinti sahəsində çalışıram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Internet səhifələrində tanış oldum və maraq oyandı.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bu ilk yüksək nəticədir.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən texniki analizlər və iqtisadi xəbərləri izləyirəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Olub.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Bəli buna çalışırdım.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Əlbəttə.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Diqqətli olsunlar, tələsməsinlər.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hər şey yaxşıdır.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz

- Müsabiqə iştirakçılarına uğurlar arzulayıram.

Sıra İştirakçı Kapital InvestCafe

Diskvalifikasiya olunan iştirakçılar

Sıra İştirakçı Kapital
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018