Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
116-cı Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
117-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
118-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
119-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
113-cü Konkurs
Konkurs 113-cü Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 05-02-2018 08:00:00
Bitmə Tarixi 03-03-2018 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
357
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
30%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 54%
SELL 46%
Ölkələr üzrə
Azərbaycan: 95%
İndoneziya: 1%
Hindistan: 1%
Ukrayna: 1%

Bu konkursun iştirakçıları

Parviz Mammadov InvestScore: 3.60
Faiz
1825 %
Gəlir
$ 57 776.20
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 113-cü Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Çox minnətdaram. Hisslərimi ifadə etmək çətindi. Amma cox şadam.


2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- 1971-ci il təvəllüdlüyəm. Ehtiyatda olan zabitəm.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Bir neçe il əvvəl internetdə qarşılaşmışam. Çox saylı araşdırmadan sonra Forex-lə məşgul olmaga başladım. Əlavə qazanc yeri kimi mənim marağımı çəkdi


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bəli, mən bir neçe ildir bu müsabiqənin iştirakçısı olmuşam. Yüksək nəticələrim olmayıb.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əlbətdə bu yarışmanın qalibi olsam da, mən özümü proffessional hesab etmirəm. Mən əsasən iqtisadi və siyasi xəbərlərə diqqət edirəm, Forex bazarında baş verecek mühüm hadisə və xəbərləri nəzarətdə saxlayıram və texniki analizdən istifadə edirəm.


6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Əsla ele bir fikir formalaşmayıb. Çünki bu yarışmalarda biz ən əsası etdiyimiz səhvləri analiz edib, gələcəkdə daha diqqətli olmagı öyrənirik.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Hər bir şexs kimi mən də qalib olmağımı arzu edirdim.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Əlbətdə qane edir. Buna göre təşkilatçılara öz minnətdarlıgımı bildirirəm.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- İlk növbədə hamıya ugurlar arzu edirəm. Səbrli və diqqətli olsunlar. FOREX alətləri barədə bol məlumat əldə etsinlər.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hələlik hər şey qane edir.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Təşkilatçılar və müsabiqə iştirakçılarını ilk növbədə Novruz bayramı münasibəti ilə təbrık edirəm. Bütün Azərbaycan xalqına bol ruzi bərəkət arzu edirəm.

Adil Huseynov InvestScore: 3.25
Faiz
1610 %
Gəlir
$ 51 323.65
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 113-cü Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təşəkkü redirəm. Bir qalib kimi sevinirəm və bu hissləri hər bir konkurs iştirakçısına arzulayıram.


2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm, 8 ilə yaxındır ki, bu sahə ilə məşğul oluram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Dostlarımdan biri mənə Forekslə bağlı məlumat verdi və burada heçkimdən asılı olmamaq və qərarların sərbəst qəbul edilməsi ilə gəlir əldə etmək imkanları mənim bu sahəyə marağımı artırdı.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- 60, 70 və 90-cı konkurslarda 1-ci yer tutmuşam.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Bu sahədə uğur qazanmaq üçün müəyyən bilik, təcrübə, səbr və özünə inam lazımdır.


6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Xeyr, elə bir hal olmayıb, lakin çox saylı uğursuzluqlar bəzən fasilələrə yol açsa da, sonra yenidən bu işlə məşğul olmağa başlamışam.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- İstənilən müsabiqədə və ya konkursda qalib olmaq məqsədilə iştirak edirəm.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Xeyr, qane etmir, mən iştirak etdiyim müsabiqələrdə yalnız 1-ci yer tutmaq üçün mübarizə aparıram.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Yeni başlayanlara səbrli, iradəli və həmişə uğur qazanacaqlarına inanmalarını tövsiyə edərdim.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Məncə, artıq müsabiqənin şərtlərində daha həvəsləndirici yenilklər etmək lazımdır. Məsələn, konkursun qalibi ilkin deposit şəklində yerləşdirilmiş vəsaitin 50%-I həcmində deyil, 100%-i həcmində risk etmək hüququna malik olsun. Məncə, bu dəyişiklik hər bir konkurs iştirakçısının ürəyincə olar.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Müsabiqə iştirakçılarına uğurlar arzulayıram, düşünürəm ki, gələcəkdə belə müsabiqələrin təşkili zamanı yuxarıda qeyd olunan maddi həvəsləndirici stimulların tətbiqi, müsabiqənin təşkilatçıları tərəfindən nəzərə alınarsa, müsabiqədə iştirak edənlərin sayı artmış olar və bütövlükdə bu məsələyə diqqətin ayrılması gələcək müsabiqələrə yeni impuls vermiş olar.

Faiz
1513 %
Gəlir
$ 48 399.15
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 113-cü Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbrikə görə minnətdaram. Çox xoş bir hissdir. Hərkəsə belə hisslər arzulayıram.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- 37 yasim var. Hal-hazırda elektrik sənəti üzrə işləyirəm.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Təxminən 2006 – 2007-ci illər də iş axtararkən tanış olmuşam. Böyük marağıma səbəb olub.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Daha əvvəl heç bir xoşa gələn nəticə əldə etməmişəm. Bu ilkdir.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən texniki analiz ilə işləyirəm və əməliyyatları həyata keçirərkən riski maksimum nəzərə alıram.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli, çox olub.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Bəli, çox ciddi şəkildə hazırlaşmışdım.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Bəli, çünki məqsədim ilk 3-cü yer idi. Bu nəticə də məni çox qane edir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Ən əsası səbr və maksimum dərəcədə balansı qorumağı məsləhət görürəm. Fikirlərini çox qazanca yükləməsinlər. Balans olduğu təqdirdə qazanc həmişə var. Eks halda))


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Qaliblərə nağd pul verməkllərini istərdim)).


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz:

- İstirakçılara uğurlar, teşkilatçılara isə minnətdarlığımı bildirirəm. Belə şəraiti yaratdıqlarına görə.

Sıra İştirakçı Kapital InvestCafe
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018