Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
120-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
121-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
122-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
114-cü Konkurs
Konkurs 114-cü Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 19-03-2018 08:00:00
Bitmə Tarixi 14-04-2018 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
453
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
17%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 50%
SELL 50%
Ölkələr üzrə
Azərbaycan: 96%
Ukrayna: 1%
Türkiyə: 0%
Hindistan: 0%

Bu konkursun iştirakçıları

Faiz
41121 %
Gəlir
$ 1 236 659.75
Tutduğu yer
Müsahibəni oxu
Nicat Abushov InvestScore: 2.85
Faiz
1579 %
Gəlir
$ 50 386.36
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 114-cü Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbrikə görə çox sağolun. Əlbətdə ki, 114-cü konkursda 2-ci yeri tutduğuma görə çox sevinirəm.


2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- Qəbələ şəhərində yaşayıram, Baş mühasib vəzifəsində çalışıram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forex-lə tanışlığım bir dost tərəfindən oldu, 10 ildən artıqdir bu sahəni öyrənirəm qazancım da olub itgilərim də və düşünürəm ki düzgün təhsil və strategiya ilə yaxşı gəlir əldə etmək olar.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Artıq 3 cüdəfədirkiBest InvestOR müsabiqəsində qalib olmuşam əvvəlki qalib olduğum iki konkurslarda 3-cü yerləri tutmuşdum.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Mən əsasən qısa müddətli əməliyyatlara üstünlük verirəm. Amma əlbətdəki uzun müddətli əməliyyatlardan da nadir hallarda istifadə edirəm. Texniki analiz artıq deyərdim ki mənim bir hobbimə çevrilib. Fundamental analizləri də izləməsək böyük itgilərə məruz qala bilərik.


6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Yox, belə hal olmayıb. Fikrimcə, yaxşı təhsil alıb və tamahımıza nəzarət etsək, hər zaman qazanmaq mümkündür.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Əlbətdə, bütün müsabiqələrdə hər zaman birinciliyə çalışıram.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Qismən qane edir. Amma daha yüksək nəticə əldə edilməsi artıq dəfələrlə sübut olunub.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Birinci növbədə təhsil və özünə məxsus strategiya.


10. Best InvestORmüsabiqəsindəhansıyeniliklərigörməkistərdiniz?

- Bütün yenilikləri İnvestaz edib, mənim deməyə bir sözüm qalmayıb.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- İştrakçılara uğurlar. Təşkilatçılara isə belə bir yarış təşkil etdiklərinə görə minnətdarliğımı bildirirəm və mükafat məbləğinin heç olmazsa yarışmaq üçün verilən məbləğə (3000 USD) çatdırılmasını istərdim.

Yashar Aga InvestScore: 4.50
Faiz
1335 %
Gəlir
$ 43 073.10
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 114-cü Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təşəkkür edirəm. Artıq 5 illik təcrübə toplamış bir peşəkar kimi bu nəticə mənim üçün gözlənilməz olmadı.


2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- Mən, Yaşar Ağa Vahab başqa sənət sahibi olmağıma baxmayaraq həmişə iqtisadi siyasət mənim maraq dairəmdə olub.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir ?

- Hər zaman bazar iqtisadiyyatında qiymətlərin artıb-azalması prosesi məni çox maraqlandırdığından bu sahədə özümü sınamaq qərarına gəldim.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Öncəki müsabiqələrdə 5-10-cu sıralarda yer almışam, lakin hədəfim hər zaman ilk
3-lük olub.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Strategiyam yoxdur, taktika “pipsovka” üzərində qururlub (local qiymət dəyişilməsi).


6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Xeyr, heç bir zaman belə bir hal olmayıb.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Əlbəttə. Heç bir zaman özümüzə if treyder hesab etməmişəm.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Çox istərdim 1-ci yer qazanım. Bunun üçün çox çalışıram.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Öz üzərlərində çox işləsinlər, bu sahədə maksimal dərəcədə oxuyub bilik bazasını artırsınlar, ən əsası özlərini hər zaman psixoloji baxımdan güclü hazırlasınlar.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Konkret bir fikrim yoxdur.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Hər birinizə uğurlar arzulayıram. Minnətdaram.

Sıra İştirakçı Kapital InvestCafe
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018