Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
121-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
122-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
116 Konkurs
Konkurs 116-cı Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 11-06-2018 08:00:00
Bitmə Tarixi 07-07-2018 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
590
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
32%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 53%
SELL 47%
Ölkələr üzrə
Azərbaycan: 96%
Türkiyə: 1%
Rusiya: 1%
Ukrayna: 0%

Bu konkursun iştirakçıları

Emin Veliyev InvestScore: 3.85
Faiz
1477 %
Gəlir
$ 47 323.98
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 116-cı Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbrikə görə minnətdaram. Təşəkkür edirəm.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Vəliyev Emin Müzəffər oğlu. Maliyyə sahəsində çalışıram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forex-lə ilk tanışlığım 2005-ci ildə olub. Bu sahəyə marağım sərbəst işləmə qrafikinin olmasıdır.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bəli, bu mənim 2-ci qalibiyyətimdir. Bundan əvvəldə konkurs qalibi olmuşam.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Texniki və fundamental analiz növlərindən faydalanmışam.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli, olub.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Təbii ki.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Düşünürəm ki, əgər qalibəmsə, deməli qane edici nəticədir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Ruhdan düşməsinlər və öz üzərilərində çalışsınlar.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Məncə, hər şey qaydasındadır.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Bütün iştirakçılara uğurlar arzu edirəm. Təşklatçılara da təşəkkürümü bildirirəm.

Faiz
1241 %
Gəlir
$ 40 246.41
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 116-cı Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təşəkkürlər. İlk öncə mən də bizə bu şəraiti yaratdığınız üçün təşəkkür edirəm. Sevincliyəm çünki konkursda ilk uğurumdur.


2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- Adım Vəfadar. 27 yaşım var. Ali təhsilliyəm. 2009-cu ildən forex-lə tanışlığım var.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forexlə tanışlığım ilk olaraq universitet vaxtı , facebook vasitəsilə olub. Mənə bu sahəni sevdirən ən böyük səbəb sərhədsiz gəlir əldə etmək şansımın olmağıdır.


4. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Daha çox bazarı davamlı izləməyim, tarixin təkrarlanmağı mənə dəstək olur. Bundan əlavə fundamental faktorlar da daim nəzarətimdə olur. MA-lardan daha çox istifadə edirəm.


5. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Ugursuzluqlarım hədsiz çox olub. Dəfələrlə “stop out”-la qarşılaşmışam amma ugur qazanmaq üçün hər bir uğursuzluqdan nəticə çıxarıb daim irəli getmək lazımdır.


6. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Çox inanırdım.


7. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Təbii ki, 1-ci olmaq daha yaxşı olardı.


8. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- İlk öncə oyrənib təcrübə toplayıb sonra pullarını riskə atsınlar.


9. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Zənnimcə hər şey qaydasındadır.


10. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Hərkəsə uğurlar arzu edirəm.

Cemil Rzayev InvestScore: 4.80
Faiz
1125 %
Gəlir
$ 36 760.03
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 116-cı Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Çox şadamki konkursda 3-cü yeri tuta bildim.


2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- 26 yaşım var. Loqistika və transport sektorunda çalışıram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- İqtisadiyyat sahəsi mənim üçü nmaraqlı olduğuna görə, forexi oyrənməyə həvəsli idim. Əsas materialları internetdən əldə etdim.


4. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Dəqiq strategiya yoxdur, 50% texniki analiz, 30% fundamental və 20% intuisiya.


5. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Əlbəttə ki, real hesabla əməliyyət aparanda elə hallar baş verib.


6. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Xeyr, birinci həftə heç düşünmürdüm ki, ilk onluğa girə bilərəm.


7. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Əlbəttə, birinci yer tutmaq istiyərdim, amma üçüncü yer də çox gözəl bir nəticədi.


8. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Öyrənmək və əsas risk managementdir nəzərə almaq.


9. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hər şey yaxşıdır.


10. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Müsabiqə iştirakçılarına uğurlar arzulayıram, təşkilatçılarına isə dərin təşəkkürlərimi bildirirəm.

Sıra İştirakçı Kapital InvestCafe
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018