Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
125-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
126-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
127-ci konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
128-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
129-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
119cu Konkurs
Konkurs 119-cu Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 15-10-2018 08:00:00
Bitmə Tarixi 10-11-2018 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
688
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
28%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 54%
SELL 46%
Ölkələr üzrə
Azərbaycan: 95%
Rusiya: 1%
Türkiyə: 1%
Hindistan: 0%

Bu konkursun iştirakçıları

Orxan Valizada InvestScore: 4.30
Faiz
696 %
Gəlir
$ 23 900.99
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 119-cu Best InvestOR müsabiqəsində BİRİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Salam hər vaxtınız xeyir olsun. Təşəkkürlər ilk öncə təbrikiniz üçün. Təbii ki, qalib olmaq çox sevindirici bir hissdir.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Mən həkiməm və hal-hazırda öz ixtisasım üzrə fəaliyyət göstərirəm.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- FOREX – lə tanışlığım 4 il bundan əvvəl ən yaxın dostum sayəsində oldu və birlikdə bununla maraqlanmağa başladıq. İlk öncə demo hesablarla təcrübə qazanmağa çalışdıq və ardınca 1 dəfə Real hesab təcrübəmiz oldu. Beləliklə Forex artıq gündəlik mövzularımıza daxil olmağa başladı.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bəli, bu ilk yarışma deyil qatılıram. Əvvəlki yarışlarda göstərdiyim ənyüksək nəticə 7-ci yer olub.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Ticarət strategiyalarımı ilk öncə fundamental analizlər sayəsində qururam və əgər təxminimdə yanılmıramsa texniki analizlər vasitəsi ilə ticarətimi davam edirəm. Təbii ki, siyasi və iqtisadi xəbərlər burda önəmli yer tutur.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli, ilk uğursuzluqdan sonra bir müddət ara vermişəm.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Hər yarışa başlarkən qalib olmaq üçün iştirak edirdim.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Təbii ki, qane edicidir. Riskləri yüksək tutub daha böyük məbləğ əldə etmək olardı, çünki bazar stabil olmamışdı son yarışda. Ancaq digər yarışmacıları aktiv izlədiyim üçün yer uğrunda mübarizəni daha üstün tutdum.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Yeni başlayanlara Forex haqqında daha ətraflı məlumat əldə etməyi və sonra ticarətə başlamağı məsləhət görərdim.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Təklif edərdim ki, gələcəkdə Best investor yarışının qalibləri arasında da yeni şərtlərlə bir yarış təşkil edəsiniz.Və bir təklifim də bundan ibarətdir ki, gələcəkdə mükafat qismində təklif olunan hesablarınıza digər Real hesablarınızda olduğu kimi mükəmməl online mədaxil və məxaric imkanları əlavə edəsiniz.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz:

- Müsabiqə iştirakçıları uğurlar arzu edirəm. Təşkilatçılara isə belə bir yarışmanın təşkilinə görə təşəkkürlərim ibildirirəm.

Faiz
374 %
Gəlir
$ 14 234.86
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 119-cu Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təşəkkür edirəm! Sevinirəm ki ölkədə İNVEST AZ kimi bir Broker şirkəti vardır və belə bir müsabiqə yaradaraq treyderlərə Forex də real ticarət etmək imkanı verir.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Adım Seymur, 30 yaşım var. Ləqəb “Sem Gold”, oxatan bürcü. Risk etməklə aram yaxşıdır. Bitirdiyim sənət gəmi sürücüsü. İşlədiyim sənət avtomobil industriyası.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forex ilə ilk tanışlığım 2008 ci ildə olub. Seminarda iştirak etdikdən sonra və biraz məlumat topladıqdan sonra 100 USD civarında Real hesab qeydiyyat etdim və məlum olduğu kimi elə ilk ORDER-i -85 USD ilə bağladım. Bundan sonra ildən ilə FOREX – haqda az-az öyrənməyə başladım. Xaos teoriyası, texniki analiz və başqa teoriya və kitablar oxudum qrafiklərin “canlı orqanizm” kimi bir şey olduğunu anladıqdan sonra bu sahəyə marağım yarandı.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Konkursda ilk dəfədir ki iştirak edirəm.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən mən də texniki analizdən istifadə edirəm. Düzgün və vaxtında bazara daxil olmaq üçün qrafikdəTRADİNG SESSİONS xəttlərini istifadə edirəm. Gün ərzində 2- max 3 order edirəm. Ən çox uzun pozisiyalara daxil olmağa çalışıram. Ticarət prinsipi trend imkan verirsə çalışıram SELL ilə daxil olum. Forex indicatorlardan istifadə etdiyim İCHİMOKU indicatorudur. Fundamental analizdən istifadə etmirəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bu hissiyat tanışdır. Lakin təkcə FOREX ilə ticarət edərkən yox hər bir işi yeni başlayan biliksiz insan düşüncəsidir. Amma İradəsi güclü olan öz qoyduğu qaydaları pozmayaraq hər dəfə uğursuzluqlardan yeni bilik əldə edib özünü inkişaf etdirməklə psixoloji və maadi əziyyət çekdikdən sonra “Bu sahə mənim üçün deyil”deyib kənara çekilmir. Çalışıramki mən də belə olum )


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Musabiqəyə başlayarkən qalib olacağımı 90 % bilirdim.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Deməzdimki qane etdi. İlk dəfə iştirak etdiyim üçün və qalib olmağ istəyim Risk faizimi çoxaltmağa imkan vermədi. Bu da mənə demo hesabını Real hesab kimi idarə etməyə psixoloji təsir etdi. Nəticədə depositi çox qaldırmaq alınmadı.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Bir sadə strategiya seçmək və ticarət etdikləri hər bir uğursuz ORDER –dən sonra həmən onu analiz etmələrini məsləhət görürəm.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- İnvest café forumunu biraz aktivləşdirilməsi.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz:

- Müsabiqə iştirakçılarına yeni keçiriləcək konkurslarda uğurlar arzu edirəm. Müsabiqə təşkilatçılarına isə təşəkkür edirəm ki belə bir imkan yaradıblar.
Umumilikdə istərdim ki İNVEST AZ şirkəti təkcə FOREX bazarı yox həmdə
Dunya STOCK FOND birjalarında treyderlərə çıxış etmək imkanı yaratsın.

Maarif Memmedov InvestScore: 3.70
Faiz
237 %
Gəlir
$ 10 110.70
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 119-cı Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbriklərə görə minnətdarlığımı bildirirəm. 3-cu yerin qalibi olduğum üçün çox şadam.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Men Memmedov Maarif Kerem oglu 1975 ilde Gencede anadan olmusam. Orta tehsilliyem.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forex-lə tanışlığım ilk dəfə 2014-ci ildə olub. Sonradan isə Forex-ə olan marağım daha da artdı.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bəli, mən daha öncəki konkurslarda iştirak etmişəm, 95-ci konkursda 3-cu yerin qalibi olmuşam.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əməliyyat aparmazdan əvvəl iqtisadi xəbərləri nəzərdən keçirirəm və sonra texniki analiz edirəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli,olub. Bir müddət fasilə verdiyim vaxtlar da olub, amma Forex-ə olan marağım yenə də məni ticarət meydanına qaytarıb.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Son yarışmalarda ehtimallarım yüksək olub.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Müəyyən qədər qane edir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- İlk öncə demo hesabda əməliyyat aparmagı, texniki və fundamental analizlərdən istifadə etməyi və təmkinli olmagı məsləhət görərdim.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Mən müsabiqənin keçirilmə qaydalarından tam raziyam.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz

- Gələcək müsabiqələrə qatılan iştirakçılara uğurlar arzu edirəm və bu müsabiqələrin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm.
Sıra İştirakçı Kapital InvestCafe
© 2019 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2019