Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
126-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
127-ci konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
128-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
129-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
122ci Konkurs
Konkurs 122-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 25-02-2019 08:00:00
Bitmə Tarixi 23-03-2019 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
600
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
15%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 55%
SELL 45%
Ölkələr üzrə
Azərbaycan: 93%
Türkiyə: 2%
Hindistan: 1%
İndoneziya: 1%

Bu konkursun iştirakçıları

Gunel Mammadova InvestScore: 5.50
Faiz
1853 %
Gəlir
$ 58 618.59
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 122-ci Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- İlk öncə bu müsabiqəni təşkil etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm və özümü çox sevincli hiss edirəm.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Səbrli,əzmli,məqsədindən dönməyən,iradəli insanam.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forexlə tanışlığım sosial şəbəkələr vasitəsilə olub.İqtisadiyyat yönümlü olmağım məndə bu sahəyə maraq yaratdı.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- İlk dəfədir iştirakçı oldum.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən fundamental analiz istifadə edirəm.Paralel olaraq dəstək və müqavimət səviyyələri və digər texniki analiz vasitələrindən də istifadə edirəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Təbii ki, ugursuzluqlar olub amma yuxarıda qeyd etdiyim kimi,əzmli,iradəli,məqsədə doğru irəlilən insanam.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Buna inanırdım və məqsədimə çatdım.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Təbii ki, ən yüksək nəticəni əldə etmişəm


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- İlk olaraq özlərini psixoloji olaraq bazara hazırlasınlar, daha sonra isə biliklərini artırıb ticarətə başlasınlar.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- İndiyə qədər keçirilən müsabiqə qaliblərini toplayıb onların birlikdə diskussiya aparması üçün şərait yaradılması.Çunki investcafe vasitəsilə iştirakçılarla əlaqə saxlamaq nisbətən çətindir.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Müsabiqə iştiakçılarına uğurlar ,sizə isə biz traderlərə bu şəraiti yaratdığınız üçün bird daha öz təşəkkürümü bildirirəm!

Esmira Mamedova InvestScore: 4.55
Faiz
861 %
Gəlir
$ 28 837.74
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 122-ci Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Çox sağolun təbriklərə görə. Təşəkkür edirəm.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Məmmədova Esmira Xaqani qızı. Müəlliməyəm.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forex-lə ilk tanışlığım 2016-cı ildə olub. Maliyyə bazarlarında işləməyə olan marağım sərbəst işləmə qrafikinin və gəlirin yaxşı olmasıdır.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bəli, iştirak etmişəm. Bundan əvvəlki ən uğurlu konkurs zamanı 1-ci yeri tutmuşam.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Daha çox fundamental analizdən istifadə etmişəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Uğursuzluqlarım olub, amma “Bu sahə mənim üçün deyil” ifadəsini heç vaxt işlətməmişəm.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Bəli.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Bəli, edir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Əməliyyatları diqqətli və məqsədyönlü şəkildə aparsınlar.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hər şey yaxşıdır. Sükanı belə saxlayın.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Bütün iştirakçılara uğurlar arzu edirəm. Təşklatçılara da təşəkkürümü bildirirəm.

Faiz
777 %
Gəlir
$ 26 331.10
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 122-ci Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təəssüratlarım belediki gözləyirdim inanırdım.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Murad Mustafayev Agasef oglu 1991 ci ilde Bakı şəhərində anadan olmuşam hal hazırda Bakıda yaşayıram.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forexe marağım illər öncə olmuşdur amma bir arzu kimi qalmışdır sonrada bir yaxın dostumun vasitəsilə yenidən marağım oyandı.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz.

- Əvvəlki yarışmalarda belede yüksək nəticələrim olmayıb amma inanırdım bir gün 3 lüyə düşə biləcəm.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Ticarət strategiyam və metodlarim belede qeyri adi deyil her kəsin istifadə etdiyi qrafikde texniki analizler aparmaq və səbrli dissiplini olmaq bezende klassik indigatorlardan istifadə etmək.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Belə hallar hər sahədə olur mendede olub amma geri çəkilməmiş.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Beli təxmin edirdim hər qatilanda.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Bəli əslində çünki əsas mesele müsabiqə ərzində əməliyyatlarımin açılma bağlanma səbəblərini bilirəm. Bextebext olmamışam.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Məsləhət verməyi sevmirəm əslində)..


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Real hesabların Best Investor konkurs layihəsi.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Hər kəsə uğurlar.
Sıra İştirakçı Kapital InvestCafe
© 2019 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2019