Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
134-cü Konkurs

Konkurs haqqında ətraflı məlumat
130-cü Konkurs
Konkurs 130-cü Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 13-01-2020 08:00:00
Bitmə Tarixi 08-02-2020 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
272
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
11%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 52%
SELL 48%
Ölkələr üzrə
Azərbaycan: 93%
Türkiyə: 2%
Rusiya: 2%
Ukrayna: 1%

Bu konkursun iştirakçıları

Nasimi Aslanov InvestScore: 4.60
Faiz
986 %
Gəlir
$ 32 586.82
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 130-cu Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təşəkkür edirəm. Ümumiyyətlə, həyatda ayrı-ayrı situasiyalarda qalib olmaq hər zaman insanda xoş hislər yaradır.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- 1972-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. İqtisadçıyam.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- İqtisadçı olduğum üçün istər-istəməz müasir bazar iqtisadiyyatı şəraitində müxtəlif valyuta və məsulların dünya birjalarındakı qiyməti haqqında müxtəlif, KİV və digər mənbələr vasitəsi ilə məlumat alırıq. Artıq dəqiq yadımda deyil, FOREX bazarı haqqında kifayət qədər illər öncədən məlumatım var.


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Nəticənin dəqiq məbləği yadımda artıq qalmasa da, sizin şirkətin təşkil etdiyi illər öncə müsabiqədə bir dəfə 2-ci yeri qazanmağım yadımdadır.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən texniki analizdən istifadə edirəm.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Xeyr, belə hal olmayıb.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Düşünürəm ki, yarış iştirakçılarının hamısında belə bir əminlik olmuşdur. Təbii ki, müvafiq sahədəki bəzi bilik və vərdişlər buna ümid yaradırdı.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Təbii

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Öyrənmək, nizam-intizam və öz verdikləri qərara inanmaq.


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Yaxşı nəticə əldə etmiş treyderləri unutmamaq. Onları daha iri həcmli investor vəsaitlərinin idarə olunması sahəsində peşəkar təimləndirmək. Və ölkəmizdə daha yüksək səviyyəli treyder institutunun yaradılması işini təşviq etmək.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz.

- Həm iştirakçılara, həm də təşkilatçılara uğurlar arzulayıram.
Ceyhun Esedov InvestScore: 3.70
Faiz
456 %
Gəlir
$ 16 694.19
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 130-cu Best InvestOR müsabiqəsində İkinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbrikləriniz üçün təşəkkür edirəm.Virtual pullarla işləyib real hesab sahibi olmaq çox sevindiricidir.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- 1975-ci ildə İmişlidə anadan olmuşam.Azərtetminal kompleks birliyinin gömrük brokeri işinin təşkili şöbəsinin inspektoru vəzifəsində çalişiram.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Bu bazarla təsadüfi gələn bir zəng sayesində taniş olmuşam.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Daha öncəki müsabiqələrdə gözə çarpan bir nəticə olmayib.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən koridor hərəkətləri ilə ticarət edirəm.İndikatorlardan ən çox MOVİNG AVERAGE və RSİ dan faydalaniram.

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli.Ruhdan düşmüşlüyüm olub.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Hər müsabiqəyə bu inancla başlamişam.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Təbii.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Məsləhət deyil ancaq özüm işin uğurunun yüzdə 90ninin səbir ve düzgün money menecment.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Təbii ki müsabiqədə qalib olmaq sənin ugurlu bir treyder oldun mənasina gəlmir.Uğur qazanmiş treyderləri bir araya gətirib ciddi təlimlərə qatilmalarini sağlamak.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz.

- Bu işdə əməyi olan hər kəsə minnətdarliğimi bildirirəm
Farid Alakbarli InvestScore: 4.80
Faiz
444 %
Gəlir
$ 16 343.93
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 130-cu Best InvestOR müsabiqəsində Üçüncü yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbriklrə görə minnətdaram. Qalib olmaq cox gözəl hissdir. Bu konkurslar təcrübə əldə etmək üçün gözəl imkandır.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Qafqaz universitetində “Finance” fakültəsini bitirmişəm. Hal-hazırda “Big4” şirkətlərindən biri olan PwC-də auditor vəzifəsində işləyirəm.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Maliyyə ixtisasını bitirdiyimə görə FOREX mənim üçün qeyri-adi bir sahə deyildi. Universitet vaxtından az-çox məlumatım vardı. Son bir ildə isə internet vasitəsi ilə ətraflı tanış olmuşam.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bundan əvvəl 11 konkursda iştirak etmişəm. Top 10-luq və ya 20-liyə düşsəm də qalibiyyətim olmamışdı.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən bazarda dalğalanmalara iqtisadi və siyasi xəbərlər səbəb olduğu üçün fundamental analizə üstünlük verirdim. Texniki analizdən sadəcə dəstək və müqavimətlərə fikir verirdim.

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Hələ də bu sahə mənlikdi fikrində deyiləm, çünki bu sahəyə ciddi peşə kimi baxmıram. Lakin əlavə gəlirlilik üçün hələlik yaxşı vasitə olduğunu hesab edirəm.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Təbii ki hər dəfə müsabiqəyə qatılanda qalib olacağımı fikirləşirəm.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Qismən. Birincilik üçün yenidən iştirak etmək istərdim.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Təcrübə azdırsa daha stabil valyuta cütlükləri ilə başlasalar yaxşı olar. Volatillik harda çoxdursa orda qazanmaq kimi itirmək ehtimalı da yüksəkdir.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Qalib olmaq üçün fərqli bir neçə meyarlar olsa yaxşı olar, çünki balansı 20 iş günü ərzində maksimum səviyyədə artırmaq uğurlu treyder olmaq demək deyil. Əlavə olaraq da qaliblər arasında da konkurs təşkil edilsə maraqlı olardı.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz

- Konkursa görə təşkilatçılara təşəkkürlər, iştirakçılara da uğurlar arzu edirəm.
Sıra İştirakçı Kapital InvestCafe
© 2020 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2020