Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
138-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
135ci Konkurs
Konkurs 135-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 10-08-2020 08:00:00
Bitmə Tarixi 05-09-2020 04:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
364
İŞTİRAKÇI SAYI
13 476
ƏMƏLİYYAT SAYI
13 058
ÜMUMİ LOT SAYI
192.5 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
13%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 51%
SELL 49%
Ölkələr üzrə
Azərbaycan: 97%
Ukrayna: 1%
Rusiya: 1%
Hindistan: 0%

Bu konkursun iştirakçıları

Huseynov Ramiz InvestScore: 5.00
Faiz
1420 %
Gəlir
$ 45 602.77
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 135-ci Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Çox şad oldum ki, qalib olmuşam.


2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

İnşaat mühəndisiyəm 55 yaşım var.


3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?


FOREX-lə 2016-cı ildən məşğulam. Bu sahəyə məndə marağı iş yoldaşım Arif yaradıb .


4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz.
Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Təsadüfən internetdə Best InvestOR müsabiqəsinə rast gəldim və iştirak edərək .
Yüksək nəticə əldə edərək qalib oldum.


5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Mən əsasən texniki analizdən istifadə edirəm və ticarət zamanı indiqatorların siqnalarına əsaslanıram.


6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Bəli elə hallar olub ki , mən 10000 $ balans itirmişəm. Buna görə məni ailəm və ətrafım qınayıb. Lakin mən öz biliyimi artırmağa başlamışam.


7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Bundan əvvəl ki, müsabiqələrin nəticələrinə baxdıqda, gördüm ki onların nəticələri
çox aşağıdı. Mən bu nəticələrdən çox nəticə əldə etdiyimə əmin idim.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?


Bəli bu nəticə məni qane edir.


9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Treyderlərə bol bilik almağa məsləhət görərdim.
Müəllimim Qafar İmamverdiyevə təşəkkürümü bildirirəm .



10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Yeniliklərə gəldikdə isə mən qaliblərin sayı ən azı 5 nəfər olmasını görmək istərdim. Ümumi mükafat fondu çoxdan aza doğru 5 nəfər arasında bölünərdi. Müsabiqədə iştirak edən treyderlərin bəzilərin biliyi var, amma imkanları yoxdu. Bu onlar üçün bir şans olardı.


11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz
Sonda mən müsabiqə iştirakçı və təşkilatçılarına öz minnətdarlığımı bildirirəm.
Sabuhi Qasimov InvestScore: 2.60
Faiz
518 %
Gəlir
$ 18 556.64
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 135-ci Best InvestOR müsabiqəsində İkinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Çox şadam ki istədiyim nailiyyəti əldə etdim.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

Aviasiya Meteoroloji Təminat Şöbəsinin Mühəndis Sinoptik vəzifəsində çalışıram, 38 yaşım var.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

2015 çi ildə İnternetdə güvənilir Forex şirkəti axtaran zaman qarşıma çıxıb

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Səbrsiz davrandığım üçün böyük nailliyətim olmayıb

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Əsasən iqtisadi təqvimin köməyindən istifadə edirəm

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

2017 çi ildə ard-arda Real hesabda 500 $ qədər pul itkisi bu qənaətə gətirmişdi , sonradan diqqətlə analiz etdikdə gördüm ki qazanmaq mümkündür.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Xeyr , 2 ci həftədən sonra hiss etdim ki yer tuta bilərəm.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Hər kəs birinci olmaq istəyir amma tutduğum yeridə özüm üçün uğur sayıram.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Səbrli olsunlar və tanıdıqları valyutalarda alqı satqı etsinlər

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

İstərdim konkursda qalib gələnlər hər dəfə məxaric üçün Bakıya gəlməyə ehtiyac olmasın İnvestaz şirkətinin bölgələrimizdə də filialları olsun.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz
İştirakçılara uğurlar , Təşkilatçılarada dərin təşəkkürümü bildirirəm ki belə gözəl və qərəzsiz yarışma hazırlayıblar.

Xanim Huseynova InvestScore: 4.70
Faiz
438 %
Gəlir
$ 16 164.40
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 135-ci Best InvestOR müsabiqəsində Üçüncü yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Çox sağolun təbrik üçün. Qalib olmağıma çox sevindim. İnanırdım ki qalib olacam.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

Men Hüseynova Xanım Mirabdulla qızı 1990-ci ilde Neftçala rayonunda anadan olmuşam.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

Yoldaşimda forex-lə meşğuldu o birjalarla işledikce mende de heves yaratdi. biraz araşdırdıqdan sonar bu saheye marağım daha çox atrdı.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Beli men 121-ci konkursda 36000$-la 2ci yere çixmişdim ama yoldasimla eyni yarışda iştirak edirdik, evde bir wifi olduğu üçün bizim IP üst-üstə düşdü və məni kanarlaşdırdılar.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Fundamental və riyazi metodlardan istifade edirəm, nəticələri qarşılaşdırıb əmirlərimi ona görə edirem.

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Xeyr olmayıb. Əksinə itirdiyim zaman daha çox araşdırma aparmağa çalışıramki nə üçün itirdim.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

Bəli. Hər müsabiqəyə başlayan zaman özümü qalib kimi görürdüm. Lakin yarışda olduğum üçün riskləri böyük götürürdüm bu isə məni geri atırdı.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Xeyr, qane etmir daha yüksək nəticə gözləyirdim.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Yeni başlayanlara məsləhətim fundamental və riyazi analiz metodların öyrənsinlər. hər iki analiz metodu sayəsində bir qərar verib ona görə əmir açsınlar.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

Mükafat məbləğinin artması və ilk beşlik-lərə mükafatın verilmesin gormək istəyərdim.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz

Bütün təşkilatçılara öz təşəkkürümü bildirirəm ki belə bir yarış təşkil ediblər. Müsabiqə iştirak edən her bir iştirakçıya qalibiyət arzu edirəm.
Sıra İştirakçı Kapital InvestCafe