1. İlk öncə, 136-ci Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:
Çox sağolun təbrik üçün təşəkkür edirəm. 136-ci Best InvestOR müsabiqəsində qalib olmağıma çox sevindim.İnanırdım bir gün müsabiqədə qalib olacağıma.
2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?
Mən Nağıyev Elçin Hüseynalı oğlu 1983-cü il Naxçıvan MR-nın Babək rayon Nehrəm kəndində anadan olmuşam.Gömrük rəsmilədirilməsi üzrə mütəxəssisəm.
3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?
2015 –ci ildə İnvestazın reklamı sonra sizdən zəng gələrək bu sahə ilə məlumatlandım və o gündən çalışıram bu sahə üzrə özümü inkişaf etdirim.
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?
Bəli, iştirak etmişəm. Bundan əvvəlki ən uğurlu konkurs zamanı 4-cü yeri tutmuşam.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Əsasən, texniki analizdən isdifadə edirəm.
6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Bəli olubdur,amma heç vaxt ruhdan düşməmişəm çalışıb qalib olacağıma inanmışam.
7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
Ümid edirdim.
8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Bəli buna şükür edirəm,amm daha çox uğur qazanmaq arzusundayam.
9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?
Bu sahə üzrə təhsil alsınlar.
10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?
Mükafat məbləğini artırmanızı istərdim.
11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz ? Bütün təşkilatçılara öz təşəkkürümü bildirirəm.Müsabiqə iştirak edən her bir iştirakçıya qalibiyət arzu edirəm.