1. İlk öncə, 137-ci Best InvestOR müsabiqəsində Birinci yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:
Təşəkkür edirəm. Öz növbəmdə bu cür müsabiqənin keçirilməsinə qörə sizə minnətdarlığımı bildirirəm. Təəssüratlarım barədə onu qeyd edə bilərəm ki, hər hansı bir müsabiqədə 1-ci pilləyə yüksəlmək çox gürurverici haldır.
2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?
Ələskər Əliyev, maliyyə sahəsi üzrə dövlət sektorunda işləyirəm.
3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?
Forex sahəsi ilə tanışlığım 2015-ci ildə 1-ci və 2-ci devalivasiyadan sonra baş verdi. Demo hesablar vasitəsi ilə özimi sınamağa başladım. Proseslə yaxından tanış olduqca maraqımda artdı.
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Dahaöncəkimüsabiqələrdəhansımaksimalnəticələrəldəedəbilmisiniz?
Bu mənim 20-ci müsabiqəmdir. Bundan əvvəlki müsabiqələrdə də mənim uğurlarım olub, lakin bu uğurlar yalnız müsabigənin birinci həftəsinə təsadüf edib. Sonradan daha iri və riskli əməliyyatlar bağladığama qörə qazandığım vəsaitləri itirmişəm, hətda mənfi balansa düşmüşəm.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Hər hansı valyuta və ya əmtəənin qiymətinin artımını və ya azalmasını müəyyən etmək üçün yalnız fundamental analizdən istifadə edirəm. Lakin əməliyyatı haçan açıb və haçan bağlayacaqımı müəyyənləşdirmək üçün texniki analiz vasitələrindən istifadə edirəm. Əsasən bu Bolliger Bands, Relative Strength İndex, Stochastic Oscollator və Williams`Percent Range alətlərinin birgə istifadəsidir.
6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Yox belə hallar olmayıb, çünki hər uğursuzluğumu analiz edəndə bunun əsas səbəbini öz tamahımda görmüşəm. Bundan əvvəlki 19 müsabiqənin uğursuz bitməy səbəbinin 99 faizi sərbəst vəsaitimə nisbətdə çox iri həcmdə əməliyyatların açılması olub. Bu müsabiqədə hər şeyi fərqlı etdim, əməliyyatların həcminə daha təmkinli yanaşdım.
7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
Müsabiqənin 2-ci və ya 3-cü günündən mən qalıb olacağıma əmin idim.
8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Siziqane edirmi?
Əlbətdə qanə edir. Son iki ildə bu müsabiqədə məndən yuxarı nəticə əldə edən olmayıb.
9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?
Real pul vəsaitləri ilə ticarətə başlamazdan əvvəl, ən azı fundamental və texniki analizlərin əsasını öyrənsinlər və demo hesab vasitəsi ilə uzun müddət təlim keçsinlər.
10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?
Yeni növ müsabiqələr görmək istiyərdim: ixtisaslaşdırılmış, müddəti baxımından fərqlı. Və əlbətdə ki, mükafatların artırılmasını.
11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz
Yenidən təşəkkürümi bildirirəm və İnvestAZ kollektivənə uğurlar arzulayıram.